Magistraturada təhsil almaq hüququna bakalavr təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər.
Magistraturada təhsil alan tələbələr 60 kredit (120 AKTS) toplamalı və onların ixtisas fənləri üzrə orta qiyməti (GPA) 75 və ya yuxarı olmalıdır. Magistraturada təhsil müddəti bir qayda olaraq 2 ildir (bəzi ixtisaslarda 1.5 il ola bilər). Xüsusi hallarda tədqiqat işi və tədris planının yerinə yetirilməsindən asılı olaraq təhsil müddəti dəyişə bilər.