Elmi-tədqiqat
İqtisadiyyat və Menecment kafedrası İqtisadi Nəzəriyyə, Maliyyə və Menecmentin əsas sahələri üzrə beynəlxalq aləmdə tanınmış akademik ekspertlər qrupunu yaratmış və gənc tədqiqatçıları elmi tədqiqat işi aparmaları üçün müvafiq elmi mühit ilə təmin edir.
Departamentin müxtəlif layihələrdə elmi yaradıcılıq məhsulları davamlı olaraq milli və beynəlxalq mükafatlara layiq görülür.
Xüsusilə, İqtisadiyyat və Menecment departamenti enerji sahələrinin iqtisadiyyatı üzrə elmi araşdırmalarına görə böyük nüfuza malikdir və bu sahədə Azərbaycanda aparıcı tədqiqat institutudur.
Departamentin akademik heyətinin menecment sahəsində praktiki və nəzəri tədqiqatları maliyyə risklərinin idarə olunması, strateji idarəetmə və insan kapitalının idarə olunmasında yaranan problemlərin tədqiqini əhatə edir. Akademik heyətin maliyyə sahəsində elmi yaradıcılığı korporativ maliyyə, beynəlxalq maliyyə və əqli mülkiyyətin iqtisadiyyatını əhatə edir.
Yaxın gələcəkdə təchizat zənciri sahəsində biliyin idarəedilməsinin qiymətləndirilməsi üzrə tədqiqat işləri aparılması planlaşdırılıb.
Yaradıcı heyətin geniş təcrübə sahələrinə aşağıdakılar daxildir:
- Resursla zəngin ölkələrdə inkişaf modelləri
- Azərbaycan Respublikasında neftin idarəedilməsi modeli
- Neft ilə zəngin ölkələrdə makroiqtisadi siyasət
- Azərbaycan Respublikasının makroiqtisadi modeli və onun xüsusiyyətləri
- Azərbaycan Respublikasında iqtisadi şaxələnmə
- Təbii resursların idarəedilməsində siyasi və iqtisadi tənzimlənmə
- Fiskal şəffaflıq və hesabatlılıq
- Neft ilə zəngin ölkələrdə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin idarəolunması
- Neft ilə zəngin ölkələrdə davamlı iqtisadi inkişafın təmin olunması yolları
- Yenilənə bilən enerji sahələrinin iqtisadiyyatı və səmərəliliyi
- Korporativ maliyyə və idarəetmə
- Beynəlxalq maliyyə
- Əqli mülkiyyətin iqtisadiyyatı
- Markalama və marketinq
- Elektron ticarət və marketinq