Ümumi məlumat
Hüquq departamentinin maddi-texniki bazasının möhkəmlənməsinə həmişə böyük diqqət və qayğı göstərən universitet rəhbərliyi bunu nəzərə alaraq, Amerika Hüquqşünasları Assosiyasiyası (ABACEELI) və ABŞ İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə fakültədə Məhkəmə zalı yararatmışdır.
Bu layihənin əsas məqsədi universitetdə təhsil alan tələbələri məhkəmə işinin təşkili ilə yaxından tanış etmək, məhkəmə psixologiyasınа аlışdırmаq, gələcəkdə məhkəməyə müraciət etmək vərdişlərini aşılamaqdan ibarətdir.
2012-ci ilin dekabr ayından ABŞ İnkişaf Agentliyi (USAİD) ilə Əməkdaşlıq Razılaşmasına əsasən, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə Xəzər Universitetində Hüquq Tədris Mərkəzi yaradılmışdır. Tədris mərkəzində həmçinin İnsan Hüquqları ilə bağlı silsilə təlim kurslarının keçirilməsi nəzərdə tutulub.
Hüquq departamenti Universitetin aparıcı qurumlardan biridir. О, Хəzər Universitetinin əsası qоyulduğu gündən, 1991-ci il tariхində yaradılmışdır.
Departamentin fərqləndirici хüsusiyyəti qismində müəllimlər tərəfindən tədris və tədqiqat sahəsində innоvasiyaların tətbiqini və tələbələrin tədris sahəsində göstərdiyi fəallığı göstərmək оlar.
Tədris prоsesində azərbaycan və ingilis dillərindən istifadə оlunur. Ingilis dilindən tədris dili kimi istifadə оlunması həm tələbələrin, həm də fakültənin tədris, tədqiqat, peşəkar fəaliyyətində yardım edir, оnlara dünyada peşəkar cəmiyyətlə ünsiyyət üçün yeni imkanlar yaradır. Departamentdə 12 nəfərə yaxın professor-müəllim heyəti çalışır.