Ümumi məlumat
Əsası 1991-ci ildə qoyulan İqtisadiyyat və Menecment fakültəsi Azərbaycanda ən aparıcı işgüzar fakültəyə çevrilmiş, tədris proqramlarının və dərslərinin hazırlanıb təqdim edilməsindəki keyfiyyət və yenilikçi təşəbbüsünə görə beynəlxalq nüfuz qazanmışdır. Fakültə Azərbaycanda regional tələblərə uyğun açıq Qərb təlim sisteminin tətbiqi və inkişafında birinci olmuşdur. İqtisadiyyat və Menecment fakültəsi ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir.
Özünün peşəkar professor-müəllim heyətinə malik fakültənin əsas missiyası İqtisadiyyat, Beynəlxalq İqtisadiyyat, Marketinq, Maliyyə, Mühasibat, Menecment, Beynəlxalq Biznes və digər sahələrdə inkişafa meylli, milli və beynəlxalq işgüzar mühitdə uğurla çıxış edəcək mütəxəssislər hazırlamaqdır.
Fakültənin tam ali təhsil proqramları isə xüsusilə uğurlu və təcrübəli iş adamlarının akademik tələblərinə uyğun və eləcə də iş həyatında ilk addımlarını atan tələbələr üçün biznes və idarəetmə anlayışları haqqında ətraflı məlumatla təmin etməyi nəzərdə tutmuşdur.
Əsaslandırılması və məqsədləri
Müasir bazar sektorunu uğurla idarə etmək üçün müxtəlif iş bacarığı və ixtisası olan iqtisadiyyat mütəxəssisləri tələb olunur. İqtisadiyyat və Menecment fakültəsi iqtisadiyyat və biznesin müxtəlif sahələrinin tədrisini və tədqiqatını həyata keçirir. Fakültə yerli biznes cəmiyyəti, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə çox sıx əlaqə saxlayır.
Fakültənin məqsədləri bunlardır:
- təhsil platforması yaratmaq hansi ki, bununla məzunlar biznes və sosial imkanlar qura bilərlər
- artım və inkişafı ömür boyu davam etdirmək
- bir sıra geniş peşə sahələrində karyera imkanları təmin etmək
- həm özəl, həm də ictimai sektora müraciət etmək üçün idarəetmə proseslərini ümumi anlayışla təmin etmək.
Why this School?
- Faculty members with backgrounds at leading European and USA universities provide a high standard of education based on cutting-edge Western curricula
- Strong academic and professional networks offer tremendous opportunities for intellectual exchange and experience within Azerbaijan and overseas
- Long traditions of providing a well-rounded business education that best prepares graduates for successful careers in the field