Nevzat Tarhan
Nevzat Tarhan 1952-ci ildə Merzifon-da anadan olmuş, 1975-ci ildə İstanbul universiteti Cerrahpaşa Tibb fakultəsini bitirmişdir. 1996-cı ildə professor dərəcəsini almışdır. 1998-ci ildən “Memory Center of America”nın Türkiyə təmsilcisi olmuşdur. 31-i beynəlxalq olmaq üzrə 100-dən artıq təqdimatı vardır. Hazırda “NPİSTANBUL Nevropsixiatriya” xəstəxanasında baş həkim və Üsküdar universitetində qurucu rektor kimi fəaliyyət göstərməkdədir.
Dr. Necip Cem Kınacı
Dr. Necip Cem Kınacı 1958-də İstanbudal doğulmuş, İstanbul Üniversiteti Tibb fakultəsini 1984-cü ildə Tibb Doktoru olaraq bitirmişdir. 1996-cı ildə “Adana Diomed Tıp Merkezi”-də rəhbər vəzifədə çalışmağa başlamışdır. 2004 cü ildən autizmlə mübarizə üçün öz təhsilini daha da təkminləşdirmişdir. İlk olaraq “Autism Research Institute” daha sonra “ American College for Advancement in Medicine” və sonda isə “Medical Academy for Pediatric Special Needs” də təhsilini yüksəldərək artıq həm ölkədaxili, həm də ölkə xaricində kifayət qədər tanınmış bir mütəxəssisə çevrilmişdir. Bir sıra beynəlxalq konfranslara fəxri qonaq kimi dəvət olunmuşdur.
Süleymanov Əbülfəz
Süleymanov(lı) Əbülfəz 1975-ci ildə Ucar rayonunda anadan olmuş, 1991-ci ildə Türkiyənin İstanbul Universitetinin sosiologiya fakültəsinə dövlət xətti ilə qəbul olmuş və 1995-ci ildə buradan məzun olmuşdur. 1998-ci ildə İstanbul Universitetində dissertasiya müdafiə edərək magistr dərəcəsini qazanmışdır. 2003-cü ildə yenə İstanbul Universitetində elmi işi müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq görülmüşdür. 2012-ci ildə Türkiyədə girdiyi imtahanda dosent ünvanı qazanmışdır. Həmin il İstanbul Üsküdar Üniversitetində Sağlıq Bilimləri Fakültəsində sosial iş kafedrasında müəllim və 2014-cü ildən həmin Universitetin İnsan və Sosial Elmlər Fakültəsi sosiologiya kafedrasının müdiri vəzifəsindn
Mustafa Çay
Mustafa Çay, Neuro-Linguistic Proqramlaşdırma mövzusunda mütəxəssis-pedaqoq lisenziyasına sahib bir təlimçidir. Bakalavr təhsilini Ankara Universitetinin İqtisadiyyat fakültəsində tamamlamış, həmçinin, həmin Universitetdə “İctimai əlaqələr” üzrə də təhsil almışdır. “New Port International University”-də psixologiya üzrə magistratura təhsilini tamamlamışdır.Mütəxəssis olaraq, professional iş həyatı boyunca 500-dən çox seminar vermiş, 67 NLP pratisyen və 26 NLP üzrə təlim vermişdir.
İbrahim Bilgen
İbrahim Bilgen 1968-ci ildə Adanada dünyaya göz açmışdır. 1994-cü ildə Çukurova Universitetinin Tibb Fakültəsindən məzun olmuş, 2001-ci ildə isə Çukurova Universitetinin Tibb Fakültəsini psixatriya üzrə doktor kimi tamamlamışdır.Asistentlik təhsili dövründə , 5 il "Psixodrama və qrup terapiyası" təhsili, 6 il xüsusilə " Uşaq və yeniyetmələr üçün ailə Terapiyası” ilə əlaqəli olan Geştalt terapiya təhsili, 7 il müddətində “Anksiyete Pozuntuları ve Depresiya” ilə aidiyyatlı olan “ Koqnitiv Davranış Terapiyası” təhsilini yüksək səviyyədə bitirmişdir. 2012-ci ildə “ Bilgen Terapi Enstitüsünü” qurmuşlardır. Hazırda həmin mərkəzdə psixiatr və psixoterapevt olaraq çalışmaqdadır.
İkram Rüstəmov
İkram Rüstəmov 1981-ci il mayın 5-də Laçında dünyaya göz açmış, 7-ci sinifə qədər orada təhsil almış, sonradan isə təhsilini Bakıda davam etdirmişdir. İkram Rüstəmov 2003-2009-cu illərdə Türkiyənin İstanbul Üniversiteti Cerrahpaşa Tibb fakültəsində təhsil almış və eyni universitetdə uşaq psixiatriyası üzrə uzmanlıq keçmişdir. Uşaq psixiatriyası və uşaq nevrologiyası üzrə 5 illik rezidentura proqramını keçdikdən sonra uşaqlıq depressiyasında vizual diqqət problemləri ilə əlaqəli dissertasiyanı müdaifə edərək, həkim psixiatr, uşaq psixiatrı mütəxəssisi adını almışdır. 2014-cü ilin avqust ayından 2015-ci ilin fevral ayınadək Harvard Universitetinin Boston Uşaq Xəstəxanasında fəaliyyət göstərmişdir.
Dr. Mehmet Şakiroğlu
Dr. Mehmet Şakiroğlu 15 İyul 1977-ci ildə Muğlada anadan olub. 1995-2002–ci illəri arasında Orta Şərq Texniki Universitetində (ODTÜ) Fəlsəfə və Psixologiya bölümləri üzrə bakalavr təhsilini tamamlamış və psixologiya bölümü üzrə məzun olmuşdur. Həmçinin bu bölümdə kliniki psixologiya üzrə ODTÜ-də magistratura və doktorantura təhsilini tamamlamışdır. 2002-2012–ci illəri arasında ODTÜ Psixologiya bölümündə təhsil işçisi olaraq işləmişdir. 2013-cü ildə isə Dr. Ozanser Uğurlu ilə birlikdə yazdıqları “Aşkın Psikolojisi” adlı kitabı nəşr olunmuşdur. Stress, qayğı, depressiya, fəlakət psixologiyası, xoşbəxtlilik kimi mövzuları barəsində də bir çox məqalə və kitabları vardır. Bundan əlavə olaraq stress, motivasiya, müvəffəqiyyət, qayğı və öfke kontrolü mövzuları ilə bağlı Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ədalət Akademiyası və bu kimi qurumlara təhsil verməkdədir. Həmçinin Mehmet Şakiroğlu terapevt olmaqla yanaşı, zəlzələ psixologiyası mövzusunda təcrübi və varoluşçu fəlsəfə mövzusunda nəzəri işlər görməkdədir. Hal hazırda isə ODTÜ Psixologiya bölümündə klinik psixoloq olaraq işləməkdədir
Yrd. Doç. Dr. Ozanser Uğurlu
Dr. Ozanser Uğurlu 1975-ci ildə Turhalda anadan olub. Orta Şərq Texniki Universitetində (ODTÜ) Psixologiya bölümü üzrə bakalavr təhsilini və Ankara Univeristetində Psixologiya bölümü üzrə magistratura və doktorantura təhsilini tamamlamışdır. Gənclərbirliyi, Manisaspor, Turkiyə Futbol Federasyonunda Psixoloq olaraq işləmişdir. Radio ODTÜ-də və TRT Ankara Radiosunda proqramlar təşkil etmişdir. Bir çox nəşr olunmuş kitabları ( “Aşkın Psikolojisi” , “Bir Zamanlar Her Şey Mümkündü”, “Kadınlar”, “Bütün Erkekler Aynı”) və məqalələri vardır. Bununla yanaşı Psixologiya sahəsində nəzəri və tətbiqi işlər görmək məqsədiylə “ Mutluluk Enstitüsü” qurmuşdur. Hal hazırda isə İDNA Çözüm Odaklı Danışmanlık və Təhsil Mərkəzində fərdlərə və qurumlara performans məsləhətçiliyi etməkdədir.
Uzm. Sibel Usluer Erenel
Lisanslı Ailə və Evlilik terapevtidir. Boğaziçi Universitetində Psixoloji Məsləhətçilik və Rəhbərlik üzrə ilkin magistratura təhsilini tamamlamış və 1994-cü ildə isə Kaliforniya Dövlət Universiteti Haywardda Ailə, Evlilik və Uşaq Terapiyası və Məktəb Məsləhətçiliyi üzrə ikinci magistratura təhsilini tamamlamışdır. ABŞ-da olduğu müddətdə uşaq istismarı, cinayətə yönəlmə, maddə asılılığı və məktəbi tərk etmə kimi risk altındakı uşaqlara, gənclərə və ailələrinə; şiddətə məruz qalmış uşaq və yetişkinlərə və inkişafda çətinlik yaşayan uşaqlar və ailələrinə geniş formada xidmət göstərərək məktəblərdə, qurumlarda və ya bələdiyyə ailə məsləhətləşmə mərkəzlərində 12 il işləmişdir. Virigina Satir Dönüşümsəl Sistematik Müalicə Modeli təhsilini ABŞ-da almış və 2005-ci ildə Türkiyəyə qayıtdıqdan sonra Satir Dönüşümsəl Sistematik Ailə Terapiyası modeli ilə Amerikan Ailə Terapiyası Dərnəyinin Səlahiyyətlərini (AAMFT) və Avropa Ailə Terapiyası meyarlarını diqqətə alaraq Ailə Terapiyası Təhsil Proqramını inkişaf etdirmiş və bu proqram Satir Pasifik Enstitüsü (SİP) tərəfindən təsdiqlənib ortaq sertifikat proqramına çevrilmişdir. Bundan əlavə olaraq Sibel Usluer Erenel tək valideynli, boşanmış valideynli və yenidən evlənmə ilə qurulan ailələr və övladlığa götürülmüş ailələrlə işləmişdir. Bu dönəmdə valideyn-uşaq, cütlər arasındakı əlaqə problemləri, ailədə maddə asılılığının olması, valideynlərin ölümü, boşanma və yenidən ailə qurma vəziyyətində meydana çıxan problemlər və bunun nəticəsində ailə fərdlərindəki təsirlərlə də işləmişdir. Hal hazırda Sibel Usluer Erenel YÖRET Fondunun Vitse Prezidenti, Doğuş Universitetində Ailə Terapiyası üzrə magistr təhsili proqramında supervizordur. Həmçinin Amerikan Ailə və Evlilik Terapevtleri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Network-ün klinik üzvüdür. Beynəlxalq Ailə Terapiyası Dərnəyinin idarə heyəti üzvü, CATED-in isə qurucu üzvüdür.
Uzm.Dr. Sevilay Zorlu
Psixiatr və Psixoterapevt Uzm. Dr. Sevilay Zorlu Antalyada anadan olub. Orta təhsilini Ankarada başlayıb Antalyada tamamlamışdır. Antalya Liseyindən məzun olduqdan sonra Doqquz Sentyabr Universitetinə qəbul olmuş və 2-ci sınıfda Akdeniz Universitetinə keçid edərək, 1995-ci ildə təhsilini burada tamamlamışdır. 5 il Antalya Kızılay Qan Mərkəzində “qrup həkimi” olaraq işlədikdən sonra, Antalya Esnaf ve Sanatkarlar 12 nolu Sağlık Ocağında 2 il “pratisyen həkimlik” üzrə işləmişdir. 2008-ci ildə Uludağ Universiteti Tibb Fakültəsi Psixiatriya Anabilim Dalında təhsilini tamamlayaraq Psixiatriya Mütəxəssisi oldu. 2008-2009–cu illəri arasında Siverek/Şanlıurfa Dövlət Xəstəxanasında isə dövlət xidmət öhdəçiliyini tamamlamışdır. 2009-2010–cu illərdə Şəxsi Antalya Medisu Xəstəxanısında Psixiatriya Mütəxəssisliyi və Sərbəst Həkimlik üzrə işləmişdir. Hal hazırda isə şəxsi muayinəxanasında işlərinə davam etməkdədir.
Prof. Dr. Aysun Tülay Bozkurt
Prof. Dr. Tülay Bozkurt 1956-cı ildə anadan olub. 1978-ci ildə Hacettepe Universitetində Psixologiya bölümü üzrə bakalavr təhsilini və 1980-ci ildə California, San Diego, USİU-da Psixoloji Konsultasiya (Counseling Psychology) bölümü üzrə magistratura təhsilini tamamlamışdır. 1986-cı ildə isə Hacettepe Unviersiteti Sosial Bilimlər Enstitüsündə Sosyal Çalışma bölümü üzrə doktorantura təhsilini tamamlamışdır. Həmçinin 2004-2005 –ci illərdə Marmara Univeristeti Executive Development bölümündə koordinator olaraq fəaliyyət göstərmişdir. Hal hazırda isə İstanbul Kültür Universiteti Psixologiya bölümündə Bölüm Başkanı olaraq fəaliyyət göstərməkdədir. Həmçinin İstanbul Kültür Universiteti Fən Ədəbiyyat Fakültəsinin, İncəsənət və Dizayn Fakültəsinin üzvüdür.
Ph.D. Professor Reşit Canbeyli
Reşit Canbeyli, Ph.D. Professor Boğaziçi Üniversitesi psikoloji bölümünde profesördür. Columbia Üniversitesinden 1968 yılında lisans, 1975 yılında master ve 1977 yılında doktor ünvanını almıştır. İlgi alanları arasında psikobiyoloji ve davranışsal sinir bilimi yer alır.