Təhsil

Ümumi məlumat

Xəzər Universiteti Təhsil departmentinin əsas məqsədlərindən biri müasir təhsil elminin nailiyyətlərini yaxından təqib edən, cəmiyyətin və ölkənin təhsil sistemində ehtiyac duyulan idealist və yüksək səviyyəli bacarıqlara (high-level proficiency) sahib peşəkar müəllimlər və mütəxəssislər yetişdirən, təhsil elminin müxtəlif sahələrində araşdırma və tədqiqatlar aparan, təhsil sahəsində həm ölkə həm də dünya  miqyasında ixtisaslaşmış bir departament olmaqdır.

Müxtəlif ixtisas qruplarında bakalavr pilləsində müəllim hazırlığı aparan departament, eyni zamanda təhsilin idarəedilməsi, təhsil fəlsəfəsi və tarixi, təhsilin əsasları, təhsil proqramları, kurikulum, qiymətləndirmə kimi təhsil elminin müxtəlif sahələrində tədqiqatlar aparan mütəxəssislərə magistr və əlavə təhsil, ixtisasartırma proqramları təklif edir.

Bizim vebsayt http://educoun.khazar.org/az

Tariximiz

Təhsil sahəsində tədqiqat fəaliyyətləri Xəzər Universitetinin başlanğıcından etibarən və sonrakı strateji inkişaf prosesində başlıca yer tutmuşdur. Bu məqsədlə 1992-ci ildə Xəzər Universiteti Kaliforniya və Los-Angeles Universitetləri ilə Universitet Menecmenti sahəsində əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq proqramı çərçivəsində Xəzər Universitetində “Təhsil və Bilik Çalışmaları Mərkəzi” qurulmuşdur. Sonra Avropa Komissiyasının dəstəyi ilə təhsillə əlaqədar bir başqa mərkəz olan – Akademik Keyfiyyətin Təminatı Mərkəzi - qurulmuşdur. 

Bundan başqa, Xəzər Universitetinin Təhsil fakultəsinin əməkdaşları Azərbaycanın bölgələrində, eləcə də məcburi köçkünlərin yaşadığı çadır şəhərciklərində müəllimlərin təlimində rol almışlardır. Anoloji olaraq İqtisadiyyat, Biznes Tədqiqatları və Təhsil Mərkəzi qurulmuşdur. Bu mərkəz Bakıda və Azərbaycanın bölgələrində mütəmadi olaraq məktəb müəllimlərinə, təşəbbüskarlara fərqli sahələrdə təlimlər təşkil edir. 

2003-cü ildə İbtidai Sinif Müəllimliyi bakalavr ixtisası təklif olunmuşdur. Gənc nəsilləri yetişdirməyin əhəmiyyəti bu ixtisasın quruluşu ilə Universitet tərəfindən daha da qabağa çəkilmişdir.  

2009-cu ildən etibarən isə Təhsil Fakultəsi Azərbaycan Dili və Ədəbiyyatı Müəllimliyi, Riyaziyyat və İnformatika Müəllimliyi, Kimya və Biologiya Müəllimliyi, Tarix və Coğrafiya Müəllimliyi bakalavr ixtisasları fəaliyyətə başlamışdır. Bu bakalavr proqramları departament daxilində biri-birindən bəhrələnən proqramlardır və Riyaziyyat, İnformatika, Kimya, Biologiya, Tarix, və Coğrafiya departamentləri ilə birgə fəaliyyət göstərməkdədirlər. 

Missiyamız

Missiyamız müasir təhsil elminin tələblərinə cavab verə bilən, milli və mənəvi dəyərləri daşımaqla yanaşı, dünyəvi düşünə bilən, tənqidi və yaradıcı təfəkkürə sahib intellektual və peşəkar müəllimlər yetişdirməkdir.

Baxışımız

Baxışımız ölkənin iqtisadi inkişafında və dinamikasında keyfiyyətli və effektiv təhsilin mühim bir faktor olduğunu mənimsəyən, dünya təhsil sisteminə adaptasya edə bilən,  iş dünyasının  ehtiyac və tələblərini ödəyən, cəmiyyətdə xüsusi nüfuzu olan şəxsiyyətli,  elm və texnologiyadan tutmuş incəsənətə qədər hər sahədə intellektual kimliyə sahib peşəkar müəllim hazırlayan təhsil müəssisələrindən biri olmaqdır. 

Təhsil fakültəsi ibtidai təhsildən başlayaraq təhsilin hər pilləsində missiyasinda və vizyonunda əks olunan prioritetləri həyata keçirəcək və gələcək nəsillərin məsuliyyətini daşıya biləcək müəllimlərə bu sahədə yaxşı təhsilalma imkanı verir. 2003-cü ildə İbtidai təhsilin metodikası və pedaqogikası proqramı ilə fəaliyyətə başlayan faklütəmizdə bu gün 6 ixtisasda bakalavr, 5 ixtisasda magistr və doktorantura təhsili verilir. 

Fakültə peşəkar kadr hazırlığı, elmi tədqiqatlarla yanaşı, ölkənin təhsil siyasətində və strategiyasında mühim yer tutan əlavə təhsil və ixtisasartırma proqramlarının hazırlanması və müəllimlərin əmək fəaliyyəti müddətində mütəmadi təlimlərinin təşkili ilə də məşğul olur.