AZLL 101: Azərbaycan dili (Universitet tələbləri) (6 ECTS kredit)
Prerekvizit: Yoxdur
Bu fənn tələbələri Azərbaycan dilində olan elmi mətnlərin və texniki materialların təhlilinə hazırlayır. Müxtəlif elmi sahələrdən götürülmüş materiallar vasitəsi ilə tələbələrin oxumaq, yazmaq, dərk etmək qabiliyyətləri öyrənilir. Mədəniyyət, ətraf mühit, adət və ənənələr, tarix, iqtisadiyyat və s. mövzular əhatə olunur.
AZLL 103: Əcnəbilər üçün Azərbaycan dili (6 ECTS kredit)
Prerekvizit: Yoxdur
Əsasən, oxu, yazma, dinləmə və danışıq kimi bacarıqların inkişafına diqqət verilir. Bu bacarıqları aşılamaq üçün salamlaşma, tanış olma, təbrik və minnətdarlıq, bəyənmə, müraciətlər, tələblər, üzr istəmək, başsağlığı və s. mövzular tədris olunur.
AZLL 105: Azərbaycan ədəbiyyatı (Universitet tələbləri) (6 ECTS kredit)
Prerekvizit: AZLL 101
Bu fənn Azərbaycan ədəbiyyatının qədimdən müasir dövrədək bütün tarixi dövrlərini əhatə edir. Görkəmli Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığı, habelə onların konkret bədii əsərləri araşdırılır. Bu fənn həmçinin, ədəbiyyat tarixi və nəzəriyyəsini, ədəbi tənqidin əsas məqsəd və vəzifələrini və s. qısa olaraq əhatə edir. Bu kursun əsasını Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin seçilmiş əsərlərinin öyrənilməsi və müzakirəsi təşkil edir.
AZLL 342: Akademik yazı və oxu (6 ECTS kredit)
Prerekvizit: Yoxdur
Akademik oxu və yazı kursunda tələbələr akademik tədqiqat, oxu və yazı bacarıqlarını inkişaf etdirəcəklər. Bu kursda tələbələrə akademik yazının quruluşu və planlaşdırılması, akademik yazının əsas hissələri, haqqında ümumi məlumat verilməsi nəzərdə tutulur. Tələbələr akademik və qeyri-akademik mətnlərlə tanış olacaq, mətnin hissələrini müəyyənləşdirməyi, mətnə münasibət bildirməyi və s. öyrənəcəklər. Azərbaycan dili biliklərini daha da zənginləşdirəcəklər. Qeyd: bu kurs əcnəbi tələbələr üçün nəzərdə tutulub.
AZLL 416: Ədəbi tənqid (6 ECTS kredit)
Prerekvizit: AZLL 101.
Ədəbi tənqid bütövlükdə ədəbi prosesi araşdırır, müasir ədəbiyyatın inkişafına təkan verir, onu təhriflərdən, əyintilərdən təmizləyərək, düzgün, sağlam istiqamətə yönəldir. Cəmiyyətin ədəbi zövqünün formalaşmasında, mənəvi təkamülündə ədəbi tənqidin rolu danılmazdır.
Kursda ədəbi tənqidin rolu, əhəmiyyəti, tarixi, nəzəri qaydaları öyrədilir. Bu fənn estetikanın tələbləri əsasında ədəbiyyatın əhəmiyyətini öyrənir, sosial həyat və ədəbiyyat arasında harmoniyanı qiymətləndirir və ədəbi əsərləri cəmiyyətin maraqları və tələbləri baxımından təhlil edir. Ədəbi tənqid ədəbi əsərlərin keyfiyyətinin artırılmasına və ədəbiyyatı qiymətləndirməyə, həmçinin oxucuların ədəbi əsərləri düzgün anlamasına və bədii zövqlərinin formalaşmasına yardımçı olur.
AZLL 416: Ədəbiyyat nəzəriyyəsi (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatşünaslıq elminin əsasıdır. Ədəbiyyat nəzəriyyəsi fənni ədəbi prosesin ideya-estetik mahiyyətini,bədii yaradıcılığın spesifikliyini və qanunauyğun inkişafını,ədəbi fəaliyyətin özünəməxsusluğunu mənimsəməyə və yaradıcı dərkə hazırlayır.Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatı təhlil və hərtərəfli qiymətləndirmək prinsiplərini müəyyənləşdirir,bədii yaradıcılığın inkişafını istiqamətləndirən qanunları, ədəbi cərəyan,metod və üslubları tədqiq edir. Bədii ədəbiyyatdan,onun ictimai ideologiyanın inkişafı ilə sıx əlaqəsindən,ənənə və təcrübəsindən bəhs edərkən, faktlara müasir düşüncə və təfəkkürlə yanaşılmalı,bu günün ideya-estetik tələbləri,ədəbi meyar və ölçüləri nəzərə alınmalıdır.
AZLL 102: Yazıya giriş (6 ECTS kredit)
Prerekvizit: AZLL 101.
Yazı qaydası. Materialların yazılması, yenidən baxılması, redaktə olunmasının planlaşdırılması və təşkili. Mətnlərin xülasəsi, təhlili və sintezi. Esse və yaradıcı yazı. Akademik və işgüzar yazışma. Nəsr üsulu.
EDU 408: Azərbaycan dilinin tədrisi metodikası (6 ECTS kredit)
Prerekvizit: EDU 101, EDU 302
Kursda fənn müəllimlərinə ana dilinin tədrisinin məqsəd və vəzifələri, Azərbaycan dili təliminin məzmunu və nəzərdə tutulan təlim nəticələrinin mahiyyəti, təlim məqsədlərinin təyini, qazandırılacaq yüksək idraki bacarıqların formalaşdırırlması metodları üzərində durulacaqdır. Ana dilinin təlim strategiyaları, konstruktiv təlim nəzəriyyəsinə əsasən təliminin təşkilinə verilən tələblər, təliminin təşkilində istifadə olunan forma, üsul və texnikalardan və fəaliyyətin planlaşdırılmasından bəhs olunacaq, şagird nailiyyətlərinin qiymətləndirilməsi növlərindən və qiymətləndirmə vasitələrinin hazırlanması üsulları, səmərəli öyrətmə və öyrənmə mühiti haqqında tövsiyələr veriləcəkdir.
EDU 409: Ədəbiyyatın tədrisi metodikası (6 ECTS kredit)
Prerekvizit: EDU 101, EDU 302
Fənn vasitəsilə orta məktəbdə ədəbiyyat fənninin tədrisi metodikası ilə bağlı müasir yanaşmalar təhsilalanların nəzərinə çatdırılır. Ədəbiyyat üzrə məktəb proqramları (kurikulumları) üzrə tələbələrin praktik vərdişlər qazanmalarına çalışılır. Burada əsas məqsəd gələcək müəllimləri şagirdlərdə ədəbiyyat və həyat həqiqətləri, şifahi nitq və yazılı nitq mədəniyyətini formalaşdırılması üsul və texnikaları ilə tanış etmək, onlarda ünsiyyət qurma, təhlil etmə, sintez etmə, dəyərləndirmə və mühakimə etmə kimi yüksək idraki bacarıqlara yiyələnmələrini təmin etməkdir.
Azərbaycan ədəbiyyatı tarixi 1-6
Bu fənn Azərbaycan ədəbiyyatının yaranması və təkamülünü erkən folklordan başlayaraq indiyə qədər xronoloji qaydada və inkişaf mərhələləri ilə birgə öyrənir. Müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı öyrədilir, onların ədəbi fəaliyyəti tədqiq edilir, onların toxunduqları milli və ümumbəşəri məsələlər təhlil edilir, digər yazıçı və şairlərin bir-birinə ədəbi təsiri müəyyən edilir və onların yaradıcılıq fəaliyyəti yaşadıqları tarixi dövrə uyğun sistemləşdirilir. Bu kurs 6 hissəyə bölünür. Hər bir hissə 1 semestr davam edir və hər hissə 6 kreditdən ibarətdir. Həmin hissələr aşağıdakılardır:
AZLL 107: Azərbaycan ədəbiyyatı tarixi 1 (6 ECTS kredit)
Prerekvizit: Yoxdur.
Azərbaycan ədəbiyyatı zəngin ənənələrə sahibdir. Həmçinin çağdaş dövrün ədəbi-estetik dəyərləri ilə də uzlaşır. Azərbaycan ədəbiyyatı kursunda qədim dövrlərdən başlamış müasir dövrə qədər Azərbaycan ədəbiyyatının tariхi inkişaf mərhələləri öyrənilir, xalqımızın mədəniyyətində mühüm yеri оlan görkəmli şair və yazıçıların həyat və yaradıcılığı və оnların yaratdıqları bir sıra ədəbi əsərlər təhlil оlunur. Bədii mətnlərin üzərində yazılı və şifahi anlizlər, müqayisələr aparılır.
AZLL 109: Azərbaycan ədəbiyyatı tarixi 2 (6 ECTS kredit)
Prerekvizit: AZLL 107
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” kursu xalqımızın ,təxminən, 2000 illik ədəbiyyatı tarixini əhatə edir. Kursda ana dilli, o cümlədən ərəb və fars dilli ədəbiyyatımızın yaranması, inkişaf mərhələləri, ayrı-ayrı dövrlərin qısa icmalı, habelə hər dövrün tanınmış ədəbi abidələri və görkəmli ədəbi şəxsiyyətləri barədə söhbət açılacaq. Klassik ədəbi nümunələr konkret bədii nümunələr əsasında izlənəcəkdir.
AZLL 207: Azərbaycan ədəbiyyatı tarixi 3 (6 ECTS kredit)
Prerekvizit: AZLL 109
XIX, XX, XXI əsrlər dünya ədəbiyyatının ümumi səciyyəsinə nəzər salınır və müxtəlif ədəbi mətnlər mənimsənilir. Romantizm, realizm, ekzistensializm, modernizm və postmodernizm kimi ədəbi cərəyanların mahiyyəti, tarixi inkişaf qanunauyğunluğu və nümayəndələri barədə dolğun məlumat verilir. Konkret ədəbi mətnlər təhlil edilir.
AZLL 208 Azərbaycan ədəbiyyatı tarixi 4 (6 ECTS kredit)
Prerekvizit: AZLL 207
“XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı” kursu xalqımızın 2500 illik ədəbiyyatı tarixində çox mühüm və zəngin bir dövrü əhatə edir. Kursda yeni dövr ədəbiyyatımızın yaranması, inkişaf mərhələləri, xarakterik xüsusiyyətləri, habelə bu dövrün görkəmli ədəbi şəxsiyyətləri, mühüm bədii nümunələri barədə söhbət açılacaq, klassik ədəbi ənənələrin davamı ilə yanaşı ədəbiyyatda yeni meyllərin yaranması və inkişafı konkret bədii nümunələr əsasında izlənəcəkdir.
AZLL 307: Azərbaycan ədəbiyyatı tarixi 5 (6 ECTS kredit)
Prerekvizit: AZLL 208
Azərbaycan ədəbiyyatı-5 kursunda XX əsrin 20-ci illərindən 60-cı illərə qədər ədəbiyyatımızın keçdiyi zəngin və mürəkkəb tarixi dövr, xalqımızın bədii təfəkkür və mənəviyyat tarixinin tədrisi nəzərdə tutulmuşdur. Ədəbiyyatın inkişafı, onun bədii təfəkkür sistemi kimi zənginləşməsi, yeni janr və üslub tipilogiyasının, metod və müxtəlif yaradıcılıq üsullarının, məktəb və konsepsiyaların dialektik əlaqəsi XX əsrin ədəbi mərhələlərinin başlıca xüsusiyyətlərini təşkil etmişdir. Əsrin inqilabi xarakteri, eyni ölçüdə dağıdıcı və yaradıcı tendensiyaları ehtiva etməsi, insanın həyatı, şüuru və mənəviyyatında durmadan davam edən dəyişmə və çevrilmələr bu dövr ədəbiyyatının başlıca problemlərindəndir. Buna görə də tədris prosesində Azərbaycanın mədəniyyət tarixində mühüm yeri olan görkəmli sənətkarların ədəbi irsinin bu kontekstdə öyrənilməsi, bir sıra ədəbi əsərlərin təhlili nəzərdə tutulmuşdur.
AZLL 352: Ən yeni dövr Azərbaycan ədəbiyyatı (Azərbaycan ədəbiyyatı tarixi 6) (6 ECTS kredit)
Prerekvizit: AZLL 307
Azərbaycan ədəbiyyatı-6 kursunda XX əsrin 60-cı illərindən üzü bəri ədəbiyyatımızın keçdiyi zəngin və mürəkkəb tarixi dövr, bu dövrdə yazıb-yaradan sənətkarların ideya axtarışları, müxtəlif yaradıcılıq üsulları, janr və üslub xüsusiyyətlərinin tədrisi nəzərdə tutulmuşdur. Altımışıncı illər müasir Azərbaycan ədəbiyyatının tarixində həm mahiyyət, həm də fünksiya baxımından əvvəlki onillərdən əsaslı şəkildə fərqlənən yeni bir mərhələdir. Altımışıncı illər ədəbi gerçəkliyin, vulqar sinfi və ifrat partiyalı meyardan tədricən təmizlənməsi, milli və bəşəri dəyərlərə üz tutması dövrü idi. Altımışıncıların, hər şeydən əvvəl, İnsana diqqəti dərinləşir, bu sənətkarlar əvvəlki onilliklər üçün məxsusi təhlil və diqqət hədəfi omayan, yaxud arxa planda qalan qatlara nüfuz etməyə çalıışırdılar. Tədris prosesinə o sənətkarlar daxil edilmişdir ki, onlarınn düşüncə və təsəvvürləri, obraz-qəhrəmanları ənənəvi “sovet adamı” ehkamına və anlayışına sığmır.. Fəlsəfi-estetik baxımdan bu mərhələnin səciyyəsi bir qayda olaraq modernizm və postmodernizm epoxalarının kriteriyaları ilə müəyyən olunur. Buna gorə də tədris prosesində Azərbaycanın mədəniyyət tarixində mühüm yeri olan görkəmli sənətkarların ədəbi irsinin bu kontekstdə öyrənilməsi,bir sıra ədəbi əsərlərin təhlili nəzərdə tutulmuşdur.
Dünya ədəbiyyatı 1-3
Bu fənn qədim zamanlardan başlayaraq dünyanın müxtəlif ölkələrində yaradılmış ədəbiyyat nümunələrinin öyrənilməsini əhatə edir. Dünya ədəbiyyatının aparıcı xadimlərinin həyat və fəaliyyəti və ən məşhur ədəbi əsərləri xronoloji qaydada öyrənilir. Fənn üç bölmədən ibarətdir. Hər bir bölmə 1 semestr davam edir və 6 kreditdən ibarətdir:
LIT 305: Dünya ədəbiyyatı 1 (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Qədim Şərq ədəbiyyatı və Antik (qədim yunan və Roma) ədəbiyyat (“Dünya ədəbiyyatı–1”) kursu filoloji fakültə tələbələrini ən ulu şifahi söz sənəti, dünya mədəniyyəti xəzinəsinə misilsiz töhfələr vermiş dahi söz ustalarının həyat və yaradıcılığı, onların yaratdıqları qiymətli və məşhur əsərlər, habelə ədəbi- estetik və fəlsəfi dünyagörüşləri, həmçinin özügedən ədəbiyyatın inkişaf mərhələləri, nəzəri-təcrübi istiqamətləri ilə yaxından tanış edəcəkdir.
LIT 308: Dünya ədəbiyyatı 2 (6 ECTS kredit)
Prerekvizit: LIT 305
Dünya ədəbiyyatı -2” (“Orta əsrlər Avropa ədəbiyyatı”) Azərbaycan Respublikasının ali ədəbiyyat təhsili sistemində tədris olunan zəruri fənlərdəndir. Fənnin tədrisini zəruri edən amillər, həm də həmin dövrdəki ədəbi tarixi prosesin öyrənilməsinə yeni baxış, ədəbi tarixi inkişafın qanunauyğunluqlarının müasir metodika ilə öyrənilməsidir. “Orta əsrlər Avropa ədəbiyyatı”, xüsusilə renessans dövrü ədəbiyyatı müasir ədəbiyyatşünaslıq üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, Orta əsrlər Avropa orta ədəbiyyatının özəlliyi, dünya ədəbiyyatına göstərmiş olduğu böyük təsirlə bağlıdır. Bu fənn tələbələrin bədii-estetik zövqünü formlaşdırmala yanaşı, onları dünya mədəniyyəti xəzinəsinə layiqli töhfəsini vermiş dahi söz sənətkarlarının yaradıcılığı ilə yaxından tanış edir. Fənnin tədrisi zamanı Avropa ədəbiyyatı nümunələri ilə Azərbaycan ədəbiyyatı arasında müvafiq paralellər aparılır, ədəbi-tarixi proseslərin qarşılıqlı əlaqə prinsiplərinə xüsusi diqqət yetirilir.
LIT 405 Dünya Ədəbiyyatı 3 (6 ECTS kredit)
Prerekvizit: LIT 308
Dünya ədəbiyyatı -3 fənni tələbələrin bədii-estetik zövqünü formlaşdırmaqla yanaşı, onları XIX-XX əsrlərdə dünya mədəniyyəti xəzinəsinə layiqli töhfəsini vermiş ustad sənətkarların yaradıcılığı ilə yaxından tanış edir. Bu fənnin tədrisi zamanı XIX-XX əsrlər dünya ədəbiyyatının başlıca müəlliflərini və onların əsərlərini, ədəbi cərəyanları, yeni tendensiyaları, üç bölgüyə əsasən (Avropa ədəbiyyatı, Amerika ədəbiyyatı və Rus ədəbiyyatı ) xronoloji ardıcıllıqla, müqayisəli şəkildə təhlil etmək nəzərdə tutulur. Bütün bunlar tələbələrin ümumdünya ədəbi-estetik fikri ilə dərindən tanış olmasına şərait yaradır.
AZLL 106: Müasir Azərbaycan dili 1 (6 ECTS kredit)
Prerekvizit: Yoxdur
Bu kurs səs sistemi, fonetik fenomen və Azərbaycan ədəbi dilinin qaydalarını əhatə edir. Tələffüz normaları, yazının formalaşması və növü, əlifbanın xüsusiyyətləri, lüğət strukturu və onun zənginliyi, xüsusiyyətləri və inkişaf yolları izah olunur. Azərbaycan dilinin orfoqrafiyası barədə məlumat verilir. Sözlərin xarakterik mənası, xüsusi adların növləri, mənşəyi və Azərbaycan ədəbi dilində istifadəsi işıqlandırılır. Həmçinin lüğət və onun müxtəlif növləri, lüğət tərtibi və ədəbi dildə sözdüzəltmə yolları haqqında da məlumat verilir.
AZLL 108: Müasir Azərbaycan dili 2 (6 ECTS kredit)
Prerekvizit: AZLL 106
Morfologiya ilə bağlı bütün mühüm praktiki məsələlər bu fəndə əhatə olunur. Bu kurikulum müasir Azərbaycan dilinin qrammatik sistemini, özünəməxsusluğunu və digər xüsusiyyətlərini təhlil edir. Sözlər onların mənası, forması, funksiyası və dəyişilmə qaydalarına görə qruplaşdırılır.
AZLL 206: Müasir Azərbaycan dili 3 (6 ECTS kredit)
Prerekvizit: AZLL 108
Azərbaycan dilində məna əlaqələri (predikativ, obyekt,relyativ və atributiv) sintaktik əlaqələr (tabelilik və tabesizlik), cümlənin məqsəd və intinasiyaya görə növləri:nəqli,sual, nida,əmr cümləsinin yaranma yolları,müasir Azərbaycan dilində cümlə üzvləri,cümlə üzvlərinin quruluşca növləri və ifadə vasitələri,Azərbaycan dilində cümlənin sintaktik təhlil qaydaları, şəxsli və şəxssız cümlələr, mürəkkəb cümlənin əsas xüsusiyyətləri-tabesiz mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasında məna əlaqələri, tabeli mürəkkəb cümlənin növləri daha dərindən öyrəniləcək.
AZLL 302: Müasir Azərbaycan dili 4 (6 ECTS kredit)
Prerekvizit: AZLL 206
Azərbaycan dilində məna əlaqələri (predikativ, obyekt,relyativ və atributiv) sintaktik əlaqələr (tabelilik və tabesizlik), cümlənin məqsəd və intinasiyaya görə növləri:nəqli,sual, nida,əmr cümləsinin yaranma yolları,müasir Azərbaycan dilində cümlə üzvləri,cümlə üzvlərinin quruluşca növləri və ifadə vasitələri,Azərbaycan dilində cümlənin sintaktik təhlil qaydaları, şəxsli və şəxssız cümlələr, mürəkkəb cümlənin əsas xüsusiyyətləri-tabesiz mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasında məna əlaqələri, tabeli mürəkkəb cümlənin növləri daha dərindən öyrəniləcək.
AZLL 306: Azərbaycan ədəbi dili tarixi (6 ECTS kredit)
Prerekvizit: AZLL 206
Bu fənn başlıca olaraq Azərbaycan dili tarixinin mənbələrini və onun mənşəyini, ədəbi dilin inkişafını və bu inkişaf dövründən indiyədək qalan problemləri, müxtəlif dövrlərdə tarixi və mədəni şəraiti araşdırır. Azərbaycan ədəbi dilinin inkişaf tarixi ilə bağlı görkəmli şəxsiyyətlərin rolu xronoloji ardıcıllıqla verilir.
AZLL 512: Azərbaycan dialektologiyası (6 ECTS kredit)
Prerekvizit: müəllimin razılığı
Dialekt və şivələr dilçiliyin bu bölməsində öyrənilir. Dialekt və şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri izah olunur. Coğrafi ərazi prinsipləri əsasında Azərbaycanın dialekt və şivələrinin geniş təsnifatı verilir, həmçinin dialektologiyanın nəzəri məsələləri də araşdırılır.
AZLL 515 Azərbaycan dilinin tarixi qrammatikası (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Tarixi qrammatika, nitq hissələrinin inkişaf prosesləri haqqında ümumi məlumat verir. Kursda Azərbaycan dilinin fonetika və morfologiya tarixi araşdırılır, dilin mənşəyi və onun morfoloji xüsusiyyətlərinin tarixi inkişafı təhlil edilir, müasir dilin yaranması izah olunur.
LING 215: Ümumi dilçilik (6 ECTS kredit)
Prerekvizit: yoxdur
“Dilçiliyə giriş” fənni çərçivəsində dilçiliyin yaranması, formalaşması tarixi öyrənilir. İctimai hadisə olan dilin mahiyyəti, mənşəyi, vəzifələri, xarakteri sosial mühitdə funksiyaları, dünya elmləri sistemində dilçiliyin mövqeyi və kontaktları müəyyənləşdirilir. Eyni zamanda cəmiyyətin inkişafının dilə təsiri, dil əlaqələri, dilin təfəkkürlə, siyasətlə, mədəniyyətlə qarşılıqlı əlaqəsini, dil normaları kimi məsələləri əhatə edir.
SPH 202: Nitq mədəniyyəti və üslubiyyat (6 ECTS kredit)
Prerekvizit: yoxdur
“Nitq mədəniyyəti və üslubiyyat” fənni, tələffüz mədəniyyəti, lüğət mədəniyyəti, düzgün danışıq və düzgün yazı kimi mədəni nitqin qanunauyğunluqlarını əhatə etməklə yanaşı, bu keyfiyyətlərə yiyələnməyin yollarını axtaran, eyni zamanda bunu öyrədən bir sahədir. Yazılı və şifahi nitqin forma və növləri haqqında məlumatları əhatə etməklə birlikdə, həm də nitq etiketlərindən düzgün istifadə etmənin yollarını, həmçinin dilin normalarını, durğu işarələrini, orfoqrafik və orfoepik qaydaları əhatə edir.
Bu fənn eyni zamanda üslublarla əlaqəli məlumatları da ehtiva edir. Bilindiyi kimi, Azərbaycan dili üslublar baxımından olduqca zəngin bir dildir. Ədəbi dillə birlikdə bədii üslub formalaşıb zənginləşdiyi kimi tarixən digər üslubların yarandığını da müşahidə etmək mümkündür. Ayrı-ayrı üslubların forma və məzmun xüsusiyyətləri, növləri fənnin tədris etdiyi mövzulara daxildir.
LIT 201: Uşaq ədəbiyyatı (6 ECTS kredit)
Prerekvizit: AZLL 105
Kursda ədəbiyyatın xüsusi bir sahəsi olan uşaq ədəbiyyatının keçdiyi tarixi inkişaf mərhələləri öyrəniləcək, yerli və ümumdünya kontekstində ayrı-ayrı xalqların şifahi ,yazılı ədəbiyyatına aid uşaq ədəbiyyatı nümunələri ,bu sahədə öz qələmlərini sınamış məşhur müəlliflər, onların bədii örnəkləri, məzmunu, bədii-estetik keyfiyyətləti haqqında məlumatlar öyrənilir. Bununla bərabər müəlliflərin dünya uşaq ədəbiyyatında önəmli yerə sahib bədii əsərlərin obraz və məzmun baxımından əsaslı keyfiyyətinə həm oxucu, həm tədqiqatçı baxışı ilə ələ alınır.
LIT 449: Azərbaycan ədəbiyyatında sufizm (6 ECTS kredit)
Prerekvizit: AZLL 109
Təsəvvüflə, insanın kamilləşməsi sahəsində gediləsi nəzərdə tutulan və edilməsi vacib sayılan işlərlə ümumi tanışlıq. Şərqin təsəvvüf ədəbiyyatı incilərilə, xüsusilə də Azərbaycanın ən tanınmış fəlsəfi və irfani şəxsiyyətləri və onların əsəsrlərilə tanışlıq. Bu tanışlıq zamanı tələblər eyni zamanda mütəfəkkirlərin əsərlərindəki sufi və irfani çalarları anlamaq üçün xüsusi terminalogiya da öyrədiləcəkdir.
AZLL 211: Əski əlifba (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Əski əlifba Orta əsrlərdən bəri Şərqin aparıcı dilləri olan Türk dillərində istifadə olunan əlifbadır. Bu əlifba ərəb və fars əlifbası əsaında yarandığı və hər üç dildə bu əlifbadan istifadə edildiyi üçün bu dillərdə bir çox ortaq qrammatik xüsusiyyətlər və ortaq kəlmələrin işlənməsinə səbəb olmuşdur. Amma bütün oxşarlıqlara baxmayaraq Azərbaycan əlifbasının özünəməxsusluğu fərqliliklər yarada bilmişdir.
PERS 206: Fars dili (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Fars dili praktik dil olaraq, “Azərbaycan dili və ədəbiyyatı” ixtisası alan tələbələrə qeyri-ixtisas fənni kimi tədris olunur. Şərq dilləri arasında əsas rolu olan və qədimdən günümüzədək elm və ədəbi dil kimi tanınan fars dili bizim zəngin yazılı arxivlərimizdə mövcud olan farsdilli mətnlər heblə klassiklərimizin əsərləri və 1940-ci illərədək yazılmış tükdilli nəzm, nəsr əsərləri və mətbuatını rahatlıqla oxuyub başa düşmək üçün zəruri rol oynayır.
FREN 101: Fransız dili 1 (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Kommunikativ-interaktiv metodlardan istifadə edərək dörd bacarığın (oxu, yazı, dinləmə, danışma) inkişafı istiqamətində aparılan müxtəlif fəaliyyət formaları:
-fonetik, leksik, qrammatik qaydaların kompleks izahı;
-sözlərin tematik mövzulara görə qruplaşdırılması;
-dinləmə tapşırıqlarının dərsdə təhlili;
-mövzu ilə bağlı canlı situasiyaların, dialoqların qurulması.
FREN 201: Fransız dili 2 (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Kommunikativ-interaktiv metodlardan istifadə edərək dörd bacarığın (oxu, yazı, dinləmə, danışma) inkişafı istiqamətində aparılan müxtəlif fəaliyyət formaları:
-fonetik, leksik, qrammatik qaydaların kompleks izahı;
-sözlərin tematik mövzulara görə qruplaşdırılması;
-dinləmə tapşırıqlarının dərsdə təhlili;
-mövzu ilə bağlı canlı situasiyaların, dialoqların qurulması.
GERM 201: Alman dili 1 (6 ECTS kredit)
Prerekvizit: yoxdur
“Alman dili 1” kursu Alman dilinin sadə qrammatik qaydalarını əhatə edir. KursdaAlman dilinin leksik qrammatik qaydaları(feilin şəxsə gorə təsriflənməsi, indiki və keçmiş zaman forması və s.) öyrəniləcək.
GERM 202: Alman dili 2 (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Alman dili praktik dil olaraq, fakültələrdə qeyri-ixtisas fənni kimi tədris olunur.Kursda əsas məqsəd alman dilini A1 səviyyəsində bilən tələbələrə Alman dilinin leksik qrammatik qaydalarını A2 səviyyəsində öyrənməyə yönəlmişdir. Kursda Alman dilinin leksik qrammatik qaydaları(zaman formaları, budaq cümlələr, konyunktiv şəkli, rektionlu feillər, passiv növü və s.) öyrəniləcək.
LIT 505: Müasir ədəbi proses (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Bu fənnin əsas məqsədi son illərin ədəbi əsərlərinin təhlili əsasında ədəbiyyatın inkişaf tendensiyalarını anlatmaqdır. Bu kurs ənənə və müasirlik, yaşlı və yeni ədəbi qüvvələr arasında ədəbi münasibətlər, janrlar üzrə konkret nümunələrin təhlili ilə müasir ədəbi prosesin mövzu, məzmun, üslub, janr və sənətkarlıq xüsusiyyətləri kimi məsələləri əhatə edir. Həmçinin dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası məsələləri də kursun həcminə daxildir.
AZLL 417: Şərq dillərinin Azərbaycan Ədəbiyyatına təsiri (8 ECTS kredit)
Prerekvizit: yoxdur
Məlumdur ki, Azərbaycan ədəbiyyatının müəyyən hissəsi ərəb və fars dillərində yaradılmış, ədəbiyyatımızın uzun bir dövrü ərəb-fars dilinin təsiri altında formalaşmışdır. Bu kursun əsas məqsədi ədəbi əsərlərin və ədəbiyyatın formalaşmasına ərəb və fars dillərinin mərhələlər üzrə təsirini öyrənməkdir.
LING 310: Fonologiya (6 ECTS kredit)
Prerekvizit: LING 216
Danışıq səsləri və fonetik hadisələr (tonun hündürlüyü, uzunluğu və gücü), sözlərin məna fərqləndirici ünsürü (fonem), morfemlər və dilin fonem sistemi və onların funksional xüsusiyyətlərindən bəhs edir.
AZLL 513: Onomastika (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Dilçilikdə Onomaloji sahənin təşəkkül və müasir mənzərəsini vermək. Onomalogiyanın məqsəd və vəzifələri. Azərbaycan dilçiliyində bu sahənin yaranma tarixi və ən qədim dövrlərdən müasir dövrümüzə qədər Azərbaycan dilinin xüsusi ad sisitemi haqqında məlumat. Azərbaycan dilinin onomastik vahidlərinin klassifikasiyası və digər elm sahələri ilə bağlılığınıaraşdırmaq. Müasir Azərbaycan dilinin onomastikasının aktual məsələlərini türkoloji aspektdə təhlil etmək.
LIT 556: Təsəvvüf ədəbiyyatı (6 ECTS kredit)
Prerekvizit: AZLL 109
Təsəvvüflə, insanın kamilləşməsi sahəsində gediləsi nəzərdə tutulan və edilməsi vacib sayılan işlərlə ümumi tanışlıq. Şərqin təsəvvüf ədəbiyyatı incilərilə, xüsusilə də Azərbaycanın ən tanınmış fəlsəfi və irfani şəxsiyyətləri və onların əsəsrlərilə tanışlıq. Bu tanışlıq zamanı tələblər eyni zamanda mütəfəkkirlərin əsərlərindəki sufi və irfani çalarları anlamaq üçün xüsusi terminalogiya da öyrədiləcəkdir.
AZLL 512: Azərbaycan terminalogiyasının əsasları (6 ECTS kredit)
Prerekvizit: yoxdur
Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, informasiya əsrinin tələbləri, informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolu və əhəmiyyəti, müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji biliklərin tətbiq edilməsi, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, gündəlik məişətdə vacib olan texnoloji işlərin yerinə yetirilməsi və s. kimi hallar müasir dövrdə Azərbaycan dilinin terminologiyasının inkişafına səbəb olur. Kütləvi informasiya vasitələrinin çoxalması və intensivliyi, internet və kommunikasiya vasitələrinin əhatə dairəsinin genişlənməsi dildə sözalma-terminalma prosesini aktivləşdirir. Baş verən siyasi-iqtisadi, texnoloji proseslər dilə yeni terminlərin keçməsini zəruriləşdirir və bu səbəbdən alınma terminlərin dildə işlənməsi terminoloji leksikanın inkişafının əsas istiqamətlərindən hesab olunur. Bu baxımdan bu gün müasir Azərbaycan dilinin terminoloji leksikasının nəzəri aspektlər üzrə araşdırılması vacib məsələlərdən hesab olunur.