Musiqi və İncəsənət

Muğam və xalq mahnıları

Muğam sənəti Azərbaycanın profisional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər keçən minilliyə, islamaqədərki dövrə aid edirlər.  

Xalqın bütün mahnı yaradıcılığı kimi, Şərq sənətinin mühüm formalarından olan muğam da müasir bəstəkarlıq yaradıcılığında çox şeyi müəyyən edir, müasir Azərbaycan musiqisinin ən müxtəlif saһələrini qidalandırır. 
Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.

Xəzər Universitetində Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi sayılan xalq mahnıları və muğamların yaranması tarixi də geniş şəkildə tələbələrə açılanır. Azərbaycanın görkəmli muğam ustalarınin tədris etdiyi muğam dərsləri tələbələri ritmik muğamlar və əsas muğamlardan törəyən muğamlar haqqında məlumatlandırır.

Vokal

Musiqi, sözün əsl mənasında böyük və qüdrətli varlıqdır. Vokal sənəti də bu varlıqların önündə dayanır. Azərbaycanda milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Bülbülün adıyla bağlıdır. 

Hələ 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə «Milli marş», «Azərbaycan marşı», «Çırpınırdın Qara dəniz» kimi vətənpərvərlik ruhunda himn xarakterli mahnılar yaranmışdır ki, bunlar da vokal əsərlərinin ən gözəl nümunələri hesab olunur.

Xəzər Universitetində tələbələrin vokal klassik opera tədrisi vacib bir musiqi növü kimi tədris edilməkdədir.  Kursda klassik opera, operetta,bəstəkar mahnıları, klassik estrada,xalq mahnılarına geniş yer verilir. Sənətin tarixi ilə yaxından tanış edilərək, tələbələrdə dünya və milli musiqinin ən yüksək zövq və profisional duyum tərbiyə edilir. Fransanın tanınmış vokalçı (tenor) Jeon Francis Monvoisin  Xəzər Universitetində vokal fənninin tələbələrinə ustad dərsləri keçmişdir.

 Xəzər Universitetində Üz. Hacıbəylinin “Arşın mal alan ” Operettası Azərbaycanda ilk dəfə olaraq ingilis dilində universitetin müəllim və tələbə heyəti tərəfindən 2006-cı ildə tamaşaya qoyulmuşdur. Bu vokal fənnının atdığı ilk uğurlu addımlarından sayılır. Universitetdə vokal fənninin inkişaf kuliminasiyası F. Əmirov və C. Cabbarlının eyni adli pyesi əsasında tələbələr tərəfindən tamaşaya qoyulan “Sevil” operasının təqdimatı oldu. Belə ki, Azərbaycan incəsənəti tarixində bu ilk hadisə idi. Xəzər Universiteti bu işdə də birincilik qazandı.

Azərbaycan rəqsləri

Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. 

Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.

Xəzər Universiteti yarandığı gündən rəqs ansamblı öndə irəliləyir, inkişaf edir. Universitetdə rəqs kurslarının təşkilinin məqsədi tələbələrin rəqsə olan sevgilərini inkişaf etdirmək, həm də rəqs metodları ilə tələbələri tanış etməkdir. Xüsusi qiz və oğlan  ibarət rəqs ansambılı rəqs ənənələrini tələbələrə öyrədir, sevdirir.

Azərbaycanın görkəmli məshur rəqqaslarının çalışdığı rəqs ansambılları  dünyanın bir çox ölkələrində Xəzər Universitetini uğurla təmsil ediblər. Rəqs ansamblının reperturaında dünya xalqlarının milli və müasir rəqsləri yer alır.  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə Azərbaycanın müxtəlif bölgələrində  keçirlən “Tələbə Baharı” tələbələrin Beynəlxaq Yaradıcılıq Festivalında Xəzər Universitetinin rəqs ansambılı 5 ildir ki, I yeri qoruyub saxlamaqdadır.

Xor

Xor oxuma incəsənəti öz çoxəsirlik ənənələri və dərin mənəvi məzmunu ilə həm ifaçıların, həm də dinləyiçilərin əxlaqi və intellektual əhval ruhiyyəsinə güclü təsir edir,milli vokal və musiqi mədəniyyətinin etibarlı qalxanı sayılır,insanların musiqi tərbiyəsini, ümumi mədəniyyətini yüksəldir.

Təsadüfi deyildir ki, Qədim tаrixi əhəmiyyətə mаlik оlаn Yunаnıstаnda  gənclərin tərbiyəsində əsаs vаsitə kimi çıxış edən xоr musiqisi birincilik təşkil edərək, təlim-tərbiyə prоsesində əsаs yer tuturdu. Hətta Yunаnıstаndа xоrdа оxuyа bilməyənə "sаvаdsız" аdı verilirdi. 

Xatırladaq ki, Аzərbаycаndа ilk prоfessiоnаl xоr mədəniyyətinin bаnisi dаhi Üzeyir Hacıbəyov оlub.

Xor üçün zəruri sayılan əlamətlər - ansambl, kök, nüanslardan ibarətdir. Xor opera, oratoriya, kantatanın önəmli iştirakçısıdır, eləcə də sərbəst ansamlı kimi instrumental müşayiətli və müşayiətsiz (a kapella) böyük rol oynayır.

Xor səslərinin sayına və keyfiyyətinə görə fərqlənir:

  • yekcins (həmcins) xor
  • qadın xoru - tərkibinə iki əsas xor partiyası – soprano və altolar partiyaları daxildir;
  • kişi xoru - tərkibinə üç əsas partiya – tenor, bariton, bas partiyaları daxildir;
  • uşaq xoru - tərkibində iki əsas xor partiyası – diskant və altolar partiyaları daxildir [11].
  • çoxsəsli xor

Xor dörd səs qrupuna bölünür: soprano, alt, tenor, bas.

Sadaladıqlarımız bu müsbət keyfiyyətləri tələbələrə aşılamaq üçün və eyni zamanda musiqi və vokal istedadı olan tələbələrin xor mədəniyyətinə yiyələnməsi və oxuma bacarığının formalaşması üçün bu iş Xəzər Universitetinin Musiqi Departamentində yüksək səviyyədə həyata keçirilir. Burada xor kollektivinin ifaçılıq məharəti təkmilləşdirilir,oxuma zamanı nəfəsalma və nəfəsvermə, xor terminləri və xor solfeciosu üzrə vokalizlərə böyük əhəmiyyət verilir. 

Qeyd edək ki, C. Cabbarlının “Sevil” operası tamaşasının təqdimatında Universitetin Xor Kollektivi 47 nəfərlik tərkiblə böyük və profisional performas nümayiş etdirdi. Xor kollektivi dünyanın müxtəlif dillərində ( ingilis,fransız,ispan, italyan, rus, türk,fars) əsərlər ifa edirlər. 

16 iyun 2016-cı ildə ilk dəfə olaraq Xəzər Universitetinin müəllimlərindən ibarət xor kollektivi təşkil olunmuşdur.

Zəngin xor mədəniyyətinin inkişafı və qorunub saxlanılması məqsədilə burada kurslar da təşkil olunur. 

Xalçaçı Rəssam

Xalçaçılıq Azərbaycan xalq tətbiqi sənətinin ən qədim və ən geniş yayılmış növüdür. Hazırda yüzlərlə ornamental, süjetli xalı və xalça dünyanın böyük muzeylərində, kolleksionerlərdə yaşamaqda və mənsub olduğu xalqın milli ləyaqətini yaşatmaqdadır.

Bu proqramda məqsəd tələbələri xalçaçılıq sənətinin keçmişi və bu günü ilə tanış etmək, xovsuz və xovlu xalçaların texnoloji və bədii cəhətlərini, fərdi kompozisiyaları tədris etmək, Azərbaycan xalçalarının tipləri və qrupları üzrə bölünən xalçalarla tanış etməkdir.

Tələbələr milli ornament və kompozisiyaları mənimsə-yərək, d.t.sənətinin müxtəlif sahələrində çalışa biləcəklər.

Klassik Musiqi

İnsan həyatını musiqisiz təsəvvür etmək mümkün deyil, ixtisasından və məşğulliyyətindən asılı olmayaraq insan doğulduğu gündən dünyasını dəyişənədək musiqi onu daim müşahidə edir, həyatının ayrılmaz hissəsinə çevrilir. Əsrlər boyu dünya mədəniyyətinin ayrılmaz hissəsi olan musiqi bədii zövqü artırır, mənəviyyatı ucaldır,insanın daxili aləmini zənginləşdirir. 

Zərgərlik

“Zərgərlik” insanın bəzəyərək istifadə etdiyi əşyalar içərisində metaldan düzəldilmiş məmulatlar əhəmiyyətli yerlərdən birini tutur.  “Bədii metal” sənəti Azərbaycan  Dekorativ-tədbiqi sənətin əsas qollarında biridir.

Bu sənət növü özündə incəsənətimizin bir çox qollarını birləşdirərək sintez yaratmışdır. Bədii metal sənətində əsrlər boyu müxtəlif sənət növləri ilə vəhdət  halında tədbiq edilmişdir. 

Məlum olduğu kimi Zərgərlik, incəsənət sahələri içərisində özünəməxsus yeri olan həmişəyaşar milli sərvətlərimizdən biridir. İnsanın onu əhatə edən dünyanı daha yaraşıqlı etmək istəyi kimi təbii ehtiyaclarından doğmuş bu sənət xalqların coğrafi, iqlim, iqtisadiyyat, daha sonra mədəniyyət, din və s. fərqləri fonunda formalaşaraq özündə minilliklərin izlərini daşıyır. Xalqın milli sərvəti olmaqla yanaşı, zərgərlik həm də qədim və gözəl ənənələrin yaşadılmasına və dərk edilməsinə kömək edir. Belə maraqlı və çoxcəhətli sənətin tədrisi, və xüsusən də tələbələrin qiymətləndirilməsi özünəməxsusluğu ilə seçilir.

Uzun illər ərzində aparılan arxeoloji qazıntı işləri nəticəsində toplanmiş zəngin maddi mədəni nümunələri içərisinə bəzək eşyalarıda özünə məxsus yer tutur. Bu zəngin bəzək eşyalari bütövlükdə zərgərlik sənəti haqqında fikir söyləməyə imkan verir. Indi təkcə qadin geyimini bəzəyən bəzək eşyalarindan qədim dövrlərdə kişilərdə istifadə edirdilər. Bu ondan irəli gəlirki, həmin dövrdə insanlarin istifadə etdikləri bəzək eşyaları təkcə estetik baxımdan deyil , həmdə dini sitayiş xarakteri daşıyırdı.

Dini ideologiyanin formalaşması ilə insanların bəzək eşyalarına olan münasibətləri dəyişmiş, ayin və mövhumi xrakter daışiyan bilərzik , sırğa, muncuq, kəmər və başqa bəzək eşyalari tədricən qadınların əsas bəzəyinə çevrilmişdir.