İqtisadiyyat və menecment fakültəsi bakalavr, magistr və doktorantura proqramları təklif edir. Tədris ingilis dilindədir.
Müəllimlərin tədqiqat və tədris fəaliyyəti və şəxsi təcrübənin geniş əhatə dairəsi,eləcə də onların xarici alimlər və ali təhsil müəssisələri ilə əlaqələri sayəsində bütün proqramların beynəlxalq standartlara uyğunluğuna nail olunub. Yüksək ixtisaslı mütəxəssislər və yerli və xarici şirkətlərin menecerləri, eləcə də tərəfdaş universitetlərin professorları tədris prosesində iştirak edir.Bakalavr dərəcəsi proqramıİqtisadiyyat və Menecement fakültəsi Maliyyə, Mühasibat uçotu və audit, Beynəlxalq Biznes, Menecement, Marketinq, İqtisadiyyat və Beynəlxalq İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili verir.
İqtisadiyyat və Menecement fakültəsinin bakalvr dərəcəsininin tələbləri 128 ümumi kredit təşkil edən üç əsas hissədən ibarətdir.
- Universitet tələbləri
- Ümumitəhsil tələbləri
- Biznes fondu və ixtisasla bağlı tələblər
Universitet tələblərinə ümumi sayı 27 kredit olan iki əsas komponentlər daxildir.
İngilis dili üzrə 15 kredit daxildir:
- Dinləmə / Oxu 1 (3 kredit)
- Danışıq / Yazı 1 (3 kredit)
- Dinləmə / Oxu 2 (3 kredit)
- Danışıq / Yazı 2 (3 kredit)
- Xüsusi məqsədlər üçün İngilis dili (3 kredit)
Azərbaycan dili tədrisinə 12 kredit daxildir:
- Azərbaycan dili və tərkibi (3 kredit)
- Azərbaycan ədəbiyyatı (3 kredit)
- Azərbaycan mədəniyyəti (3 kredit)
- Azərbaycan tarixi (3 kredit)
Ümumitəhsil tələbləri tələbələri minimum 21 kreditlə təmin edir. Humanitar elmlərə ədəbiyyat, dil və dilçilik, fəlsəfə, tarix, mədəniyyət və sivilizasiya, incəsənət və incəsənət tarixi daxildir. Tələbələr hər biri 3 kreditdən ibarət olan minimum 6 kreditli 2 fənn götürməlidir.
Sosial Elmlərə Coğrafiya, Siyasi Elmlər, Beynəlxalq Münasibətlər, Hüquq və İdarəetmə, Antropologiya, İqtisadiyyat, Sosiologiya və Psixologiya aiddir. Tələbələr hər biri 3 kreditdən ibarət olan minimum 6 kreditli 2 fənn götürməlidir. Fakültə Sosial Elmlər fənni kimi Makroiqtisadiyyatın 'sasları fənnini də tövsiyə edir.
Texnologiya və təbiət elmləri ümumitəhsil proqramının bir hissəsi kimi üç sahəni özündə birləşdirir. Tələbələr minimum 9 kreditli üç fənn götürməlidir.
- Fizika elmləri və Riyaziyyat
- Həyat elmləri
- Kompüter elmləri
Hər bir ixtisas üçün ixtisasla bağlı tələblər iki qrupa bölünür:
- Tələb olunanlar
- Seçmə fənlər
Azad seçimlər: Tələbələr ən azı əlavə 6 kreditli iki dərs götürməlidir. Bu dərslər heç bir məhdudiyyət olmadan hər hansı ixtisas və qeyri-ixtisas bölmələri tərəfindən götürülə bilər.