Memarlıq və Dizayn

Dizayn ixtisası

Dizayn ixtisası bakalavr pillələsi üzrə ali təhsil 2015-ci ildən Xəzər Universitetində təklif edir. Tədris proqramı tələbələrə sağlam peşə təhsili vermək üçün nəzərdə tutulmuşdu. Əsas elmlər üzrə kursları bitirdikdən sonra tələbələrə əsas kurslar təklif olunur. Dərəcə üçün praktiki təcrübə tələb olunur və müvafiq olaraq tələbələr təcrübə keçməli iş dünyasını praktik olaraq öyrənməlidirlər. Tələbələrin müəyyən sahələrdə biliklərini inkişaf etdirmələri üçün seçmə kurslar təklif olunur. Dizayn ixtisasına uyxun olaraq yeni tədpiqi praqramlara üstünlük verilir. Dizayn ixtisasını bitirdikdən sonra tələbələr  “Qrafik dizayn”, “Sənaye Dizaynı”, “İnteryer Dizayn”, “Memarlıq dizaynı” , “İşıq dizynı”, “ Ekoloji dizayn” və “landşaft dizaynı” istiqamətlərinə yiyələnirlər.

Qrafik dizayn-Bu gün bu, bəlkə də bizi hər yerdə əhatə edən ən ümumi dizayn istiqamətidir: afişalar, məhsul qablaşdırmaları, etiketlər, jurnal və kitab üzlükləri və s. bütün bunlar qrafik dizayna aiddir. Üstəlik, belə bir dizayn layihəsinin miqyası vizit kartlarından tutmuş dövlət səviyyəsində naviqasiya dizaynına qədər dəyişə bilər.

Sənaye Dizaynı-hər hansı bir məhsulun dizaynı - kupalardan tutmuş, mebel,  aviasiya avadanlıqlarına qədər. Məhsulları istifadə etmək üçün mümkün qədər rahat, mümkün qədər sərfəli görünmək və istehsal xərclərini mümkün qədər azaldacaq şəkildə dizayn etmək dizaynerin vəzifəsidir.

İnteryer Dizayn-binaların daxili məkanlarının funksiyasından aslı olaraq dizaynıdır. İnavativ texnalıgiyalar vasitəsi ilə və eyni zamanda erqanomik qanunları nəzərə alaraq  interyerin ele dizaynı verilməlidir ki,  insan interyerdə mümkün qədər rahat və mühitdən estetik həzz alsın.

Memarlıq dizaynı-memarlar tikililərinin layihələndirilməsi və tikinti prosesinə rəhbərlik. Bu dizayn növünün ən mürəkkəb, genişmiqyaslı və məsuliyyətli sahələrindən biridir. Buraya memarlıq mühitinin dizaynı daxildir - həm şəxsi dizaynın yaradılması, həm də obyekt-məkan obyektləri ilə komplekslərin dizaynı ilə bağlı fəaliyyətdir.

İşıq dizaynı- mühitin işıqlandırmasının dizaynı tapşırıqdan asılı olaraq elə tərtib olunmalıdır ki, estetik baxımdan zövqlü, müasir tələblərə üyğun və lazımi psixo-emosional effekt yaratsın: işçilərin məhsuldarlığını artırmaq və rahatlaşdırıcı atmosfer yaratmaq. Bütün bunlarla birlikdə elektrik enerjisinə də mümkün qədər qənaət etmək lazımdır.

landşaft dizaynı-Adi bağçılıqdan fərqli olaraq, bu, üç sahənin - memarlıq, botanika və fəlsəfənin qovşağında yerləşən sənətidir. Landşaft dizaynının əsas vəzifəsi təbiət və infrastruktur arasında gözəllik və ahəngdar qarşılıqlı əlaqə yaratmaqdır.

Eko dizayn- Ekoloji dizaynın məqsədi insanları təbiətlə təmasda saxlamaqdır. Bu dizayn ətraf mühitə uyğunluq prinsipinə əsaslanır, təbiəti qorumaq məqsədi ilə yaranan aktual istiqamətlərdən biridir. Təbii materiallardan istifadə edir və resurslar mümkün qədər qənaətlə istehlak etməkdir.

Təsviri incəsənət müəllimliyi

Təsviri incəsənət müəəlimliyi ixtisası bakalavr pillələsi üzrə ali təhsil 2020-ci ildən Xəzər Universiteti təklif edir. Tədris proqramı tələbələrə sağlam peşə təhsili vermək üçün nəzərdə tutulmuşdu. Əsas elmlər üzrə kursları bitirdikdən sonra tələbələrə əsas kurslar təklif olunur. Dərəcə üçün praktiki təcrübə tələb olunur və müvafiq olaraq tələbələr təcrübə keçməli iş dünyasını praktik olaraq öyrənməlidirlər. Bu müəssisələrdə iş həyatının prinsipləri ilə tanış olmaq, təhsil aldıqları müddətdə bilik və bacarıqları təcrübə keçdikləri müddətdə tətbiq etməkdən ibarətdir.

Tələbələrin müəyyən sahələrdə biliklərini inkişaf etdirmələri üçün seçmə kurslar təklif olunur. Məktəblərdə təsviri incəsənətin təhsili peşəkar incəsənətdən: burada ixtisascının birincisi uşaqların şəxsi keyfiyyətlərini inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur, onun daxilində isə şagirdlər təhsil prosesinin subyekti kimi tanınırlar. Tələbəninn təhsil aldığı prosesdə  estetik zövqünün formalaşdırılmasına, qavrayışın və ifadə etmək qabiliyyətinin inkişafına diqqət yetirir ki, sonradan onun təsviri incəsənət müəllimi kimi  yenilik ruhunun və digər hərtərəfli şəxsi keyfiyyətlərini formalaşdırır. Eyni zamanda anlamlı öyrənmə mühiti haqqında əsas anlayışları,  şagirdlərin müxtəlif öyrənmə strategiyaları olduğunu və onların öyrənmələrini təmin etmək üçün dəstəkləyici mühit yaratmağın əhəmiyyətini, sinfin idarə edilməsi və öyrənmə mühitinin formalaşdırılmasının əsas xüsusiyyətlərini, səmərəli ünsiyyət qurma, əməkdaşlıq etmə, məsuliyyət alma bacarıqlarını nümayiş etdirməyi, müşahidə etdiyi dərsləri meyarlar üzrə təhlil etməyi, sinfi idarəetmənin güclü və zəif tərəflərini şərh etməyi, dərs planı nümunəsi hazırlamağı, sınaq dərslər üçün material hazırlayır, aktiv təcrübə zamanı sərbəst dərs aparma bacarığını,  peşəkar standartları öyrənmək və təhlil etmək, “Müəllim (orta ümumi təhsil sahəsində pedoqoji fəaliyyət) (tərbiyyəçi, müəllim)”, orta məktəb təhsil sahəsində nəzəri bilikləri praktikada tətbiq etmək bacarığını, təlim və tərbiyə fəaliyyətinin müxtəlif formalarının hazırlanması və aparılması üsullarını rəsim və rəngkarlıq texnikalarının təhsil prosesində mənimsəyir.

Memarlıq

Memarlıq ixtisası 2023-2024-cü tədris ili üçün Xəzər Universitetində memarlıq üzrə bakalavr proqramı tələbələrə keyfiyyətli peşə təhsili vermək məqsədi tədris olunur.  Memarlıq bakalavr proqramı ümumiyyətlə tələbələrə Memarlıq sahələrdə hərtərəfli təhsil verir. Tədris proqramı tələbələri memarlıq sahəsində səviyyəli vəzifələrdə işləmək üçün lazım olan bilik və bacarıqlarla təchiz etmək üçün hazırlanmışdır. Fundamental kurslar başa çatdıqdan sonra tələbələrə memarlıq layihələndirilmədi, landşaft memarlığı, memarlıq tarixi, abidələrin bərpası, memarlıq fizikası, memarlıq konstruksiyası və s.kimi əsas kurslar təklif olunur.

Universitetimizin təhsil sistemi gələcək memarlar üçün hərtərəfli təlim hazırlamışdır. Təhsil aldıqları müddətdə müxtəlif funksiyalı binaların və memarlıq komplekslərinin, məhəllələrin və yaşayış məntəqələrinin layihələndirilməsi ilə məşğul olacaqlar.

Yeni qoruma planlaşdırma həlləri hazırlayacaq və mövcud olanları optimallaşdıracaqlar. Bundan əlavə, memarlıq abidələrinin bərpası, landşaft layihələndirməsi, fərdi tikinti layihələrinin planlaşdırılması, lazımi sayda infrastruktur obyektlərinin hesablanması və s.əsasən memarlığın bütün sahələrində (Şəhərsalma, bina və tikililər, landşaft və bərpa) ixtisaslaşmış əşyalar nəzərdən keçirildi. Universitetimiz memarlıq bakalavrında yüksək səviyyəli memarlar, yaşıllaşdırma, landşaft və Bərpa üzrə mütəxəssislər hazırlayır.