Coğrafiya və Ətraf Mühit

Haqqımızda

Coğrafiya və Ətraf Mühit Departamenti (GEN) coğrafiya sahəsində bakalavr dərəcələri təklif edir. Departamentdəki bütün dərslər müasir standartlara cavab verir.

Yüksək kvalifikasiyalı mütəxəssis olmaları üçün bu departament Coğrafiya müəllimliyi ixtisasında təhsil alan tələbələrə lazım olan biliklər verir.  GEN həm də iqtisadiyyat, mühəndislik, neft mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə fənlərarası dərslər təklif edir.

Tələbələr universiteti bitirdikdən sonra həm orta məktəblərdə müəllim kimi çalışa, həm də müxtəlif təşkilatlarda işləyə bilərlər.  Müasir dövrdə yüksək kvalifikasiyalı mütəxəssislərə ehtiyac getdikcə artdığından, departament öz kurrikulum materiallarını müasir standartlarla qurur.

Eyni zamanda GEN dünyanın aparıcı universitləri ilə əməkdaşlıq edir.

Tariximiz

Ətraf Mühit Elmləri sahəsində əsas tədqiqatların həyata keçirilməsi üçün Ətraf Mühit Araşdırmaları Mərkəzi (ERCKU) 2007-ci ildə yaradılıb. ERCKU yarandığı gündən etibarən Təhsil və Ətraf Mühit Elmləri sahəsində fəal araşdırma aparır.

2010-cu ildə Xəzər Universitetində yeni Tarix və Coğrafiya ixtisasına əlavə olaraq yeni ixtisaslar geniş palitrası açılmışdır. Bu ixtisanın əsas tələblərinə cavab vermək üçün GEN qurulub. GEN'in məktəbə nisbətən yeni bir olmasına baxmayaraq, şöbənin heyəti uzun illər birləşmiş peşə təcrübəsi ilə uzun müddətli tədqiqat və təhsil təcrübəsinə malikdir.

Coğrafiya və ətraf mühit şöbəsi yaxınlarda yeni bir Coğrafiya tədris proqramını təqdim etdi. Bu kurikulum son standartlara əsaslanır və işəgötürənlərin tələblərini əks etdirir.