Fənlərin Təsviri
GEOG 101 Yerşünaslıq (6 AKTS)
Yer planetində coğrafi vəziyyəti haqqında əsas biliyin öyrənilməsi. Əsas bölmələrinə daxildir: Yer bir planet kimi, Atmosfer, Hidrosfer, Daxili Proseslər, Torpaqlar, Flora və Fauna, Çay prosesləri Arid torpaqların topoqrafiyası.
GEOG 103 Geomorfologiy (6 AKTS)
Yerin topoqrafik relyefinin yaranmasında tektonik proseslər, su, aşınma, qravitasıya, buz və küləyin əlaqəsi. Əsas bölmələrinə daxildir: Çay prosesləri, Eol prosesləri, Yamac prosesləri, Buzlaq prosesləri, Tektonik proseslər, maqmatik və bioloji proseslər
GEOG 202 Hidrologiya (6 AKTS)
Bu kursda su axınlarının fiziki prosesləri ilə yanaşı, hidroloji problemləri həll etmək üçün istifadə olunan üsullar öyrənilir. Praktik olaraq hidroloqlar suyun atmosfer, yer və okean arasındakı mübadiləsinin miqdarını ölçməli, eyni zamanda məlumatları müəyyən etməli və idarə etməlidir.
GEOG 204 Meteorologiya və Klimatologiya (6 AKTS)
Metreologiya və klimatologiyanın əsas prinsipləri öyrənilir. Atmosferin fizikası, enerji və radiasiya balansı, adiabatik proseslər, iqlim təsnifatı, üfüqi horizontallıq, hava təhlükələri
GEOG 206 Kartoqrafiya və GİS (6 AKTS)
Bu kursun əsas məqsədi kartoqrafiya elminə dair əsas bilikləri aşılamaqdır. Əsas bölmələr: Yer planeti, Kartoqrafik layihələndirmələr, Xəritələr, Xəritə düzəltmə, Məsafədən zondlanma, Coğrafi İnformasiya sistemləri(CİS)
GEOG 208 Dünyanın fiziki coğrafiyası (6 AKTS)
Bu kursun əsas məqsədi Yerin fiziki coğrafiyasına dair möhkəm əsas yaramaqdır. Əsas bölmələr: Qitələrin: Avropa, Asiya, Antarktida, Avstraliya/Okeaniya və Okeanların: Sakit okean, Hind okeanı Atlantik okean Şimal Buzlu okeanı fiziki coğrafiyasına dair biliklər.
Geog 301 Geologiya (6 AKTS)
Bu kursun əsas məqsədi yerin geologiyasına dair əsas bilikləri çatdırmaqdır. Əsas bölmələri: Hidrogeologiya, Kristolloqrafiya, Geofizika.
Geog 302 Ətraf mühit (6 AKTS)
Bu kursun əsas məqsədi təbiət, ətraf mühit, həmçinin ekoloji çirklənmə haqqında əsas biliyin çatdırılmasıdır. Əsas bölmələr: Ekologiya, Ətraf mühit, Ətraf mühit çirklənməsi, Azərbaycanın ətraf mühit problemləri və əsas çətinliklər.
GEOG 303 Turizm (6 AKTS)
Kursun əsas məqsədi turizm və turizm ilə əlaqədar problemlərə dair əsas möhkəm əsas yaramaqdır. Əsas bölmələr: Turizm, Turist icarəsi rental, Dünyanın turistik yerləri, Avropada turizm, Mehmanxana idarəetməsi, Dağ turizmi, Mühafizə olunan ərazilərin və Milli parkların turizmi, Turistik idarəetmə, Azərbaycanda turizm.
Turizmə təsir edən mədəni, fiziki və biotik faktorlar, Dünyanın rekreasiya resursları, mədəni resurslar, biotik faktorların turizmə təsiri, turizm resursları, turizm sənayesi. Azərbaycanın rekreasiya resursları, Azərbaycanda turizm idarəetməsi.
Geog 304 Su ehtiyatlarının inteqrasiyalı idarəetməsi (6 AKTS)
Su ehtiyatlarının uyğun xüsusiyyətlərini, suların davamlı bölüşdürülməsi və hövzə funksiyalarının genişləndirilməsi üçün planlar, layihələr və proqramların yaradılması və həyata keçirilməsinin öyrənilməsi. Əsas bölmələrə daxildir: Su inventarı, problemin müəyyən edilməsi və həlli, iqlim dəyişikliyi və su ehtiyatlarının idarəolunması, su münaqişələri, transsərhəd sularının idarəolunması, su və kənd təsərrüfatı, Azərbaycan sularının problemləri, su təhlükələri
Geog 306 Azərbaycanın fiziki, iqtisadi və sosial coğrafiyası (6 AKTS)
Bu kursun əsas məqsədi Azərbaycanın fiziki coğrafiyası ilə bağlı əsas biliyi çatdırmaqdır. Azərbaycanın regionları ayrı-ayrı öyrənilir. Əsas bölmələr: Azərbaycanın coğrafi mövqeyi, Azərbaycanın geologiyası, Mineral resurslar, İqlim, Çaylar və su ehtiyatları, Xəzər dənizi, Ekoloji problemlər, Mühafizələnmiş ərazilər, Azərbaycanın təbii regionlarını, çaylar və su ehtiyatları, Landşaftlar, Flora və fauna, Şəhər və Kənd təsərrüfatı landşaftları, Milli parklar.
Azərbaycanın iqtisadi Coğrafi Vəziyyəti, Azərbaycanın Təbii Ehtiyatları, Azərbaycanın Əhalisi, Miqrasiya Problemləri, Azərbaycanın Demoqrafiyası, İqtisadi Sektorlar, Azərbaycanın İqtisadi Coğrafiyası, Kənd təsərrüfatı, Təbii Ehtiyatların İdarəolunması, Azərbaycanın İqtisadi Regionları və Əsas Problemləri.
Geog 308 Dünyanın iqtisadi və sosial coğrafiyası (6 AKTS)
Bu kurs dünyanın iqtisadi və sosial coğrafiyası ilə bağlı əsas bilikləri təmin edir. Regionlar və ölkələr barəsində ətraflı biliklər çatdırılır. Əsas bölmələr: Dünyanın təbii ehtiyatları və onların idarəolunması, əhali və urbanizasiya-əsas maneələr, kənd təsərrüfatı, sənaye, Dünyanın iqtisadi və sosial regionları, Dünya ölkələri misal olaraq, Amerika Birləşmiş Ştatları, Almaniya, Yaponiya, Afrika Ölkələri, İslam Ölkələri, Türk Ölkələr.
Geog 310 Torpaqşünaslıq (6 AKTS)
Torpaq və landşaftların xüsusiyyətlərinin, paylanma prinsiplərinin öyrənilməsi. Əhatə olunan mövzular: Pedologiya, gil mineralogiyası, Torpağın fizikası, torpağın kimyası, torpaqlar, torpaq biologiyası, taksanomiya, torpaq geomorfologiyası, torpaqların təsnifatı və idarəolunması.
GEOG 401 Ətraf mühit idarəetməsi (6 AKTS)
Bu kurs ətraf mühitin effektiv idarəolunması üçün qlobal və milli ekoloji narahatlıq doğuran sahələrə, səmərəli ekoloji idarəetmə strategiyalarına, ətraf mühit anlayışına və prinsiplərinə bir baxış təmin edir. Əsas bölmələr: Təbiət, Ekologiya, Ətraf mühit problemləri, Su və hava çirklənməsi, Torpaq çirklənməsi, iqlim dəyişikliyi, Karbonun idarəolunması
Geog 402 Gedodeziya və Coğrafi İnformasiya Sistemləri (6 AKTS)
Xəritəçəkmə prinsiplərinə texnikalarına və qərarlarına kompüterdə xəritəçəkmə və coğrafi informasiya sistemləri (CİS) proqramından istıfadə daxildir. Bu bölmələr daxildir: Xəritə və xəritənin növləri, ümumi və tematik kartoqrafiya, topoqrafik xəritələr, xəritə dizaynı, xəritələrin layihələndirilməsi, CİS proqram təminatı, Xəritəçəkməkdə CİS-dən istifadə olunması, CİS texnikaları və texnologiyası, Məlumatın toplanması, rektorun rasterə çevrilməsi, Layihələr.
CİS ilə məkan təhlili
GEOG 403 Xəzərşünaslıq (6 AKTS)
Xəzər dənizinin öyrənilməsi. Xəzər dənizi dünyanın ən böyük qapalı hövzəsidir. Bu nəhəng göl Azərbaycanın iqtisadi, mədəni və regional həyatında vacib rola malikdir. Əsas mövzulara daxildir: Xəzər dənizinin metrologiyası vəhidrologiyası, Xəzər dənizinə tökülən çaylar, səviyyə dəyişmələri, Flora və fauna, Balıq növləri, neft və qaz resursları, neft sənayesi, ətraf mühit problemləri, siyasi problemlər.
Seçməli
Geog 106 Biocoğrafiya (6 AKTS)
Coğrafi məkan və geoloji vaxtda növlərin və ekosistemlərin paylanması haqqında tədqiqat. Əsas mövzulara daxildir: Növlərin tarixi, palebiocoğrafiya, Canlı orqanizmlər və ətraf mühit arasında qarşılıqlı təsir, məkan və vaxt ərzində növlərin təkamülü, Növlərin paylanması, əsas biomlar, ekozonalar, gələcəkdəki dəyişikliklər, ekoloji məkan/torpaq təsnifatı.
Geog 210 Coğrafiyanın statistik metodları (6 AKTS)
Coğrafi məlumatların statistik analizi, bölünməsi, T test, F test, ANOVA asılılıq və korrelyasiyası, ARMA, ARFİMA modelləri, seçmə statistik təhlil.
GEOG 312 Şəhər coğrafiyası və planlaşdırma (6 AKTS)
Bu kurs bir çox perspektivlərdən şəhəri tədqiq edir. Şəhərləri və onların planlaşdırılması problemləri öyrənilir. Ərazinin növü etnik və mədəni nöqteyi-nəzərdən vurğulanır. Əsas mövzulara daxildir: şəhər iyeraxiyası, şəhərin funksiyaları, suburbanizasiya, şəhər planlaşdırılması, nəqliyyat planlaşdırılması.
GEOG 310 Dünyanın regional coğrafiyası (6 AKTS)
Dünyanın əsas mədəniyyət ərazilərinin ekoloji baxımdan tədqiqi, tarixi formativ dövrlərin və bu günün problemlərinin araşdırılması. Əsas bölmələrə daxildir: Fiziki proseslər, İnsan prosesləri, Avropanın coğrafi profili, Şimali Amerikanın coğrafi profili, Rusiyanın və keçmiş Sovet respublikalarının profilləri, Afrikanın coğrafi profili, Avstraliyanın coğrafi profili, Yaxın Şərqin coğrafi profili.
GEOG 411 Tarixi Coğrafiya (6 AKTS)
Bu kursun əsas məqsədi coğrafiya və tarix arasında körpü yaratmaq və tarixi sivilizasiyaların coğrafiyası ilə bağlı əsas bilikləri aşılamaqdır. Əsas bölmələr:
Qədim Millətlərin, Misirin, Romanın, Yunanıstanın coğrafi Xüsusiyyətləri.
GEOG 316 Azərbaycanın insan coğrafiyası (6 AKTS)
Azərbaycanın iqtisadi və sosial fəaliyyətlərinin məkansal yerləşməsinin və təşkilinin öyrənilməsi. Əsas mövzulara daxildir: Azərbaycanda əsas insan fəaliyyəti, Azərbaycanın iqtisadi rayonları, demoqrafik dəyişikliklər, Miqrasiya problemləri, əhali paylaşması, Nəqliyyat, əsas iqtisadi fəaliyyətlər, Sənaye, Kənd təsərrüfatı, ətraf mühit problemləri, böyük şəhərlər.
GEOG 318 Demoqrafiya (6 AKTS)
Əhalinin xüsusiyyətlərinin və onların zaman və məkan baxımından bölüşdürülməsinin öyrənilməsi. Bu mövzular daxildir: əhali piramidası, əhalinin siyahıyaalınması, uşaq ölümü, inkişaf etmiş əhali və cəmiyyət nümunələri, demoqrafik siyasət.
GEOG 418 Davamlı inkişaf (6 AKTS)
Təbii ehtiyatların davamlı idarəolunması prinsiplərinin öyrənilməsi. Bu mövzular daxildir: Təbii sərvətlər, Təbii sərvətlərin idarəolunması, davamlılıq, təbii sərvətlərin səmərəli istifadəsi, Alternativ enerji mənbələri, şəhər təsərrüfatı, otlaq idarəolunması, Meşə idarəolunması
GEOG 418 Agroklimatologiya (6 AKTS)
İqlimin kənd təsərrüfatı istehsalatının faktoru kimi tədqiq olunması. Mövzulara daxildir: Torpaq və onun məhsuldarlığı, iqlim və kənd təsərrüfatı, quru ərazilərin su ehtiyatları, agroiqlim resursları
GEOG 412 Türk dünyasının coğrafiyası (6 AKTS)
Bu kurs türk dünyasının əsas fonunun(background) inkişafına, o cümlədən hazırki iqtisadi və sosial coğrafiyası haqqında ətraflı bilik verilməsinə xidmət edir. Əsas bölmələr: Türk ölkələri, türk ölkələrinin coğrafi mövqeyi, təbii sərvətlər, əhali, türk xalqları, Kənd təsərrüfatı, Sənaye, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Çindəki türk dövlət qurumları.
GEOG 320 Çöl işi (6 AKTS)
Müstəqil çöl işinə məlumatların toplanması və analizi, kurs işinin yazılması daxildir.