Həyat Elmləri departamentinin əsas məqsədi tələbələri Biologiya müəllimliyi, Kimya və Biologiya müəllimliyi, Baytarlıq təbabəti ixtisasları üzrə bakalavr proqramları və yüksək keyfiyyətli tədris prosesi ilə təmin etmək, eyni zamanda cəmiyyəti inkişaf etdirməyə və tənqidi düşünməyə qadir olan ali təhsilli, elmi-pedaqoji kadrlar hazırlamaqdır. Bundan əlavə, departamentimiz doktorantların elmi-tədqiqat işlərinin qaydalara uyğun yerinə yetirilməsinə şərait yaratmaqla, yeni doktorantura proqramlarının açılması üçün uyğun plan və proseduraların hazırlanmasında iştirak edir.
Departament Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil Qanununa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, həmçinin Xəzər Universitetinin Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir.