Həyat elmləri

Elmi tədqiqat və Nəşrlər

Həyat Elmləri departamenti canlı orqanizmlər, onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və təkamülü də daxil olmaqla, bioelmin müxtəlif sahələrini əhatə edən tədris və tədqiqat fəaliyyəti ilə məşqul olur. Departamentin əsas missiyası tədqiqat, innovasiya və elmi nailiyyətlərin tətbiqi ilə biologiya sahəsində keyfiyyətli təhsili təmin etməkdir.

Departamentin professor-müəllim heyəti Biokimya, İmmunologiya, Molekulyar biologiya, Genetika və biologiyanın digər sahələri üzrə geniş təcrübəyə malikdir.

Professor-müəllim heyətinin tədqiqat maraqları aşağıdakı kateqoriyalar daxil olmaqla bioloji təşkilin müxtəlif səviyyələrini əhatə edir:

  • Bitki Genetik Ehtiyatlarının müxtəlifliyi, mühafizəsi və istifadəsi
  • Bitkilərdə əlamətlərin təhlili üçün genom-boyu assosiasiya tədqiqatları (GWAS)
  • Bitkilərdə stresə adaptasiyanın öyrənilməsi üçün genomika və transkriptomika tədqiqatları
  • Reaktiv oksidant istehsalı və iltihabi toxuma zədələnməsi
  • İnsanda emosional dəyişikliklərlə əlaqəli biomarkerlərin tədqiqi

Həyat elmləri departamenti həmçinin Molekulyar biologiya, Mikrobiologiya, Genetika, Biokimya və İmmunologiya sahəsində fəlsəfə doktoru hazırlığı üzrə doktorantura proqramları təklif edir.

Bundan əlavə, biz tədqiqatla məşğul olmaq istəyən tələbələrə rəhbərlik edir, tədqiqatçılar və tələbələr üçün müxtəlif elmi görüşlər, seminarlar və vorkşopların təşkilini həyata keçiririk.