Neft Mühəndisliyi

Ümumi məlumat

Neft mühəndisliyi departamenti 1991-ci ildə yaradılmışdır. Departamentin əsas hədəfləri neft mühəndisliyi mütəxəssislərini qazma, istehsal və su anbarlarında yeni texnologiyaların yaradılması və tətbiq edilməsi, həmçinin neft sənayesi ilə bağlı ətraf mühit məsələlərinin həllinin tapılmasında onların bilik və bacarıqlarından səmərəli istifadə etmək üçün yüksək səviyyəli tədris ilə təmin etməkdir. 

Tariximiz

Neft və Qaz Mühəndisliyi Departamenti 1991-ci ildə yaradılmışdır. Аzərbаycаn çох zəngin və qədim tаriхi ənənələrə mаlik böyük nеft sənаyеsi оlаn ölkədir. Departamentin yaradılmasında əsas məqsəd neft və qaz resurslarına olan təlabatın artması və həmin resursların axtarışı və mənimsənilməsini daha effektiv və səmərəli həyata keçirmək üçün neft sənayesini müasir və yüksək ixtisaslı mühəndis kadrlarla təmin etməkdir.

Departamentin əsas vəzifəsi - neft və qaz yataqlarının axtarışı, qazılması, işlənməsi və istismarında innovativ texnologiyaları tətbiq edə bilən, öz bilik və bacarıqlarını effektiv istifadə edə bilən yüksək ixtisaslı peşəkar neft mühəndisləri hazırlamaqdır.

Departament təhsilin inkişaf etdirilməsi və tələbələrin sənaye müəssisəlrində təcrübə keçməsi ilə əlaqədar transmilli və milli neft və qaz şirkətləri (BP, Sclumberger, Halliburton, Baker Hughes, Bos Shelf, SOCAR, SOCAR-AQS, Bahar Energy və s.) ilə yaxından əməkdaşlıq edir.

Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə departament əlaçı tələbələr üçün BP və SOCAR şirkətlərindən təqaüdlərinin alınması istiqamətində davamlı tədbirlər həyata keçirir. Malliyə dəstəyindən başqa, departamentin tələbələri BP, SOCAR, Halliburton, Baker Hughes, Bos Shelf, Bahar Energy və s. şirkətlərdə fərdi və kütləvi şəkildə neft və qaz mədənlərində və platformalarda təcrübə keçirlər.

Departamentin professor-müəllim heyyəti və tələbələri Neft Mühəndisləri Cəmiyyətinin (SPE) və Avropa Yer alimləri və Mühəndisləri Cəmiyyətinin (EAGE) aktiv üzvləridirlər. Bu professional cəmiyyətlərin təşkil etdiyi konfrans, seminar və digər tədbirlərində departamentin istər professor-müəllim heyyəti və istərsə də tələbələri məruzə və təqdimatlarla aktiv iştirak etməklə öz bilik və bacarıqlarını daha zənginləşdirirlər.

Məqsədlər

Departament neft mühəndisliyi üzrə Bakalavr, Magistratura və Fəlsəfə doktorluğu proqramları üzrə kadr hazırlığı həyata keçirir.

Bakalavr proqramının əsas məqsədi məzunlar üçün neft mühəndisliyinin müəyyən problemləri haqqında müasir biliklər əldə etmək üçün riyaziyyat və fizikanın tətbiqinin prinsipləri əsasında elm və texnologiya əsaslarını mənimsəməklə neft mühəndisliyi problemlərinin həll edilməsi istiqamətində aşağıdakı bilik və bacarıq qabiliyyətini aşılamaqdır:

  • Layihələndirmə işlərininin həyata keçirilməsi və eksperimentlər aparılması
  • Məlumatların təhlil edilməsi və interpretasiyası
  • Müasir texnologiya və mühəndislik vasitələrindən istifadə etməklə müvafiq sistemlərin, komponentlərin və proseslərin layihələndirilməsinin həyata keçirilməsi

 Magistratura və Fəlsəfə doktorluğu proqramlarının əsas məqsədləri aşağıdakılardır:

  • Neft mühəndisliyi ilə əlaqədar müxtəlif sahələrdə ixtisaslaşma imkanları
  • Tələbələrdə tədqiqat aparma prosesində təhlil və sintez bacarıqlarının inkişaf etdirilməsinə kömək etmək
  • Tələbələri müasir dünyada vacib olan dərin nəzəri və tətbiqi təlimlərlə təmin eetmək
  • Tələbələləri qabaqcıl təhsil və tədqiqat üçün hazırlamaq

Əsas ixtisas kurs modulları aşagıdakılardır:

  • Mühəndisliyin əsasları
  • Neft və qaz geologiyası və geofizikası
  • Neft və qaz yataqlarının işlənməsi
  • Neft və qaz resurslarının çıxarılma texnologiyası
  • Qazıma Mühəndisliyi

Kurslar neft mühəndisliyi və yer elmlərinin müvafiq sahələrini əhatə edənı mühazirələr, seminarlar, və müvafiq praktiki dərslər şəklində həyata keçirilir.

Mühazirə və seminarların əsas vəzifəsi ideya və metodların mübadiləsi əsasında neft və qaz yataqların real qiymətləndirilməsi və işlənməsi problemlərinin həllinə tətbiq oluna bilən layihələndirmə işlərinin yerinə yetirlməsidir.