Fənnlər
ETR 211: Yarımkeçirici cihazlar və modelləşdirmə (6 ECTS kredit)
Ön tələb: PHSC 112
Bu kursda yarımkeçirici cihazların və onun modelləşməsinin əsaslarının öyrənilməsi təklif edilir. Qabaqcıl kompüter simulyasiya vasitələrdən istifadə edilməklə yarımkeçirici cihazların istehsal prosesləri tədqiq edilir. Xüsusi yarımkeçirici cihazlar istehsal üçün elektrik xassələri və parametrlərinin hasilatı ilə modelləşmiş olunur. Ədədi metodların tətbiqi ilə bu kursda diskret iki ölçülü cihazların analizi üzrə əsas anlayışlar təmin edilir. Çökmə, litoqrafiya, epitaksiya, implant prosesləri öyrənilir.
ETR 313: Analoq elektronika (8 ECTS kredit)
Ön tələb: PHSC 112
Bu kurs yüksək tezlikli gücləndiricilər, verilənlərin çeviriciləri, tək menbə təchizatlı gücləndiricilər AMPS və aşağı güc sxemlərə analog yanaşma vasitəsilə analog elektronikanı öyrədir. Analog elektron sxemləri təhlil edir və dizaynını qurur. Hər iki bipolar və sahə tranzistoru üçün aşağı və yüksək tezlikli modelləri qurur. Bu kurs passiv cihazların müzakirəsi ilə başlayır, aktiv cihazların təhlili və dövrə tənlikləri vasitəsilə inkişaf etdirilir. Analoq elektronikada p və n materiallara, p-n diodlara, keçidlərə və FET sahə tranzistorlara baxılır. Dövrə sxemlərinin daşıyıcı dövrəsi geniş şəkildə elementlərlə əhatə olunur və yüksək reaksiya sürətli gücləndiricilər kimi xidmət edir.
ETR 320: Rəqəmsal elektronika (6 ECTS kredit)
Ön tələb: CMS 303
Məntiqi dövrəler, sayğaclar və registrlər, rəqəmsal sxemlərin əsasları bu kursda tədqiq edilir. Bu kurs kombinə olunmuş və ardıcıl məntiqi sxemləri əhatə edir. Kursa say sistemləri, Bul cəbri, məntiq ailələri, MSI və LSI sxemləri, A/D və D/A çeviriciləri, və digər əlaqəli mövzular daxildir. Kurs başa çatdıqdan sonra, tələbələr, rəqəmsal avadanlıqlardan istifadə etdiyi zaman sxemotexnikanın təhlili, yoxlama və müvafiq texnika və test avadanlıqdan istifadə etmək vərdişlərinə yiyələnəcəkdir.
ETR 337: Telekommunikasiya sistemləri (6 ECTS kredit)
Ön tələb: MATH 102
Telekommunikasiya sistemləri kursu ətraflı şəkildə telekommunikasiya sistemlərini və xidmətlərini geniş formada öyrənir və bütün meyarları telekommunikasiya layihələrini tələbə qrupları tərəfindən başa çatması ilə bağlayır: marketinq tədqiqatları, texnoloji proqnozlaşdırma, şəbəkə dizayn və qabariti və nəhayət, maliyyə texniki-iqtisadi təhlili.
ETR 346: Telekommunikasiya şəbəkələri (6 ECTS kredit)
Ön tələb: ETR 313
Verilənlər arası rabitə və internet texnologiyaları və əsas sistem çevikliyinin analizi bu kursun əsasını təşkil edir. Məqsəd və ehtiyacların təşkili üçün yuxarı-aşağı istiqamətli şəbəkə texnologiyalarını öyrədir. TCP / IP, LANs, WANs, daxili şəbəkələr və siqnallar və rabitə mediası da öyrədilir.
ETR 357: Elektromaqnit nəzəriyyəsi (6 ECTS kredit)
Ön tələb: PHSC 112
Elektromaqnit nəzəriyyəsi elektromaqnetizmin əsas prinsiplərini əhatə edir: Maksvell tənlikləri, elektromaqnit dalğalarının yayılma və radiasiyası, təcrübi əsasları, elektrostatika, davamlı kəsilməz cərəyanların və elektromaqnit induksiyasının maqnit sahəsi, maddələrin elektrik və maqnit xassələri, və konservasiya qanunları. Elektromaqnit sahəsinin əsasları. Kulon qanunu, Qaus qanunu, elektrik potensialı, dielektrik materiallarının tutumu, Amper qanunu, Bio-Savar qanunu, maqnit materialları, keçiricilik kimi mövzulara baxılacaqdır.
ETR 370: Radiomühəndisliyin əsasları (8 ECTS kredit)
Ön tələb: EENG 301
Bu kurs simsiz, mobil və mikrodalğalı sistemlər üçün radio tezlik nəzəriyyəsinin və praktikasının əsasını öyrədir. Radio tezlik mühəndisliyi bu günkü simsiz dünyada əhəmiyyətli şəkildə hələ də geniş miqyasda yayılmamış sahədir.
ETR 382: Radiomühəndislik avadanlıqları (6 ECTS kredit)
Ön tələb: EENG 301
Bu kurs müvafiq laboratoriya fəaliyyətinin dörd elementi üzərində müzakirə ediləcək: ölçmələr aparılacaq laboratoriyada istifadə olunan avadanlıqların kalibrə edilməsi; müəyyən texniki standartlara uyğun avadanlıqların radio tezliyinin testləşməsi; radio tezlikli avadanlıqlarda elektromaqnit uyğunluğunun təkmilləşdirilməsi üçün inkişaf üsulları; və yeni radio texnoloji testləşmələrdə tətbiq baxımından yeni uyğunluq qiymətləndirmə metodlarından istifadənin inkişafı.
ETR 412: Mikrodalğalı sxemlərin əsasları (6 ECTS kredit)
Ön tələb: ETR 357
Kurs mikrodalğalı sxemlərin, cihazların və ölçülərinin fundamental prinsiplərini əhatə edir. Bu kurs mikrodalğalı dövrə sxemlərinin analizi, dizayn və texniki qiymətləndirməsini daha yaxşı başa düşmək üçün radiasiya, rabitə, naviqasiya, radar, RF sistemləri, məsafədən idarəetmə və radio astronomiya sahələrində mühəndis, alimlər, texnoloqlar və mühəndis menecerləri üçün nəzərdə tutulmuşdur. Bu kursa stripxətlər və mikrostriplər, mikrostrip xətlərin təhrifində keçid siqnalı, uyğun texniki impedans, dalğa daşıyıcı sistemlərdə bir portlu və multiportlu ümumi dövrələr nəzəriyyəsi, mikrodalğalı bərk maddə qurğuları, impedans və səpilmə matrisləri və dalğa daşıyıcıların dövrə elementləri daxilir.
ETR 416: Enerji çevrilməsi (6 ECTS kredit)
Ön tələb: ETR 311
Müasir elektrik enerji çevrilməsi sistemləri üzrə bilik və bacarıqları verməklə bu kurs elektrik mühəndislərinə tədris edilməsi üçün nəzərdə tutulmuşdur - güc elektronik texnologiyasında, elektrik nəqliyyat vasitələrində, dəmir yolu sistemi, bərpa olunan enerji istehsalı, elektrikdən fəal idarəetmə sistemlərində, məişət və sənaye proseslərinin avtomatlaşdırma sistemləri. Bura həmçinin elektrik maşın və güc elektronik qurğularının sxemlərinin əsasları, inteqrasiya sıstemi, nəzarət, enerji idarəetməsi və müdafiə daxildir.
ETR 445: Nəzarət sistemləri (6 ECTS kredit)
Ön tələb: CMS 303
Rəqəmsal nəzarət sistemlərində çalışmaq üçün əsas biliklərlə təmin edir. Xətti sistemləri təhlil edir: Laplas çevrilməsi, siqnal axını və blok diaqramlar. Açıq və qapalı döngü sistemləri, sabitliyin təhlili; Dayanıqlı hal cavabı: sinif sistemləri, Bode qurulması, faza və qazanc əhatəsi, faza qabaqlayıcıları və faza gecikməni kompensə edici sxemlər, keçid çevikliyi, Root lokus metodu, qütblər və sıfırlar sistemi, yerləşmə qütbündən kontrollerin konstruksiyası, PID nəzarət: bumpless transfer və anti-windup o cümlədən sənaye tətbiqi üçün alqoritmləri. Kəsilməz keçidlə və qeyri-zavod istehsal şərti ilə sənaye realizəsi üçün alqoritmlər.
ETR 450: Elektrik və Elektronik mühəndisliyi (6 ECTS kredit)
Ön tələb: ETR 311
Mövzulara DC və AC dövrələrdə gərginlik, cərəyan şiddəti, müqavimət və güc, ardıcıl, paralel və bir çox mürəkkəb sxemli kompleks dövrələrdə Kirxhof qanunları və seçilmiş şəbəkə teoremləri, tutumlar və induktivlik, rezonans daxildir. Mövzulara diodlar, qida mənbələri, güc gücləndiriciləri, müəyyən xətti sxemlərdə tətbiq üçün nəzərdə tutulmuş müxtəlif əks əlaqəli əməliyyat gücləndiriciləri, bipolyar tranzistorlar, düzləndirici dövrələr, Zener diodu tənzimləyiciləri dövrə elementləri kimi bərk maddə elektronikası daxildir.
ETR 454: Siqnal prosesləri (6 ECTS kredit)
Ön tələb: MATH 102
Siqnal emalı anlayışları danışıqla və əsas etibari ilə səs generasiyası ilə bağlı vurğulanır. Kursun tədrisində məqsəd, insan orqanizmi/interfeys xəyal və taktil giriş/çıxış sistemlərində və səs istifadə olunan multimedia sistemləri üçün elementlərin işlənib hazırlanması və tələbələri əsas anlayışlarla tanış etməkdir. Tələbələr analoq siqnalların fundamental konsepsiyası, analoqdan rəqəmsala çevrilmə, rəqəmsaldan analoqa çevrilmə, siqnalların zamana görə diskretləşməsi, sistemlərdə rəqəmsal siqnal emal, aşağı / yüksək / zolaqlı süzgəclərdə zaman disktretliyinin təhlili, siqnallar arasında korrelyasiya və avtomatik kimi əsas anlayışlarla tanış olurlar.
ETR 463: Rəqəmsal mikroelektronika (6 ECTS kredit)
Ön tələb: ETR 313
Bu kursda müasir rəqəmsal inteqral sxemlərdə inteqrasiya üçün transistor səviyyəli strukturlar müzakirə edilir. Analitik üsullar və kompüter destekli dövrə analiz üsullarından istifadə edərək rəqəmsal inteqral sxemlərin təhlil və konstruksiyası. Bipolyar, CMOS və BiCMOS kimi texnologiyalar geniş şəkildə dövrələrdə testləşmə və küy mənbələri kimi əsas anlayışları əhatə edir.
ETR 472: Elektronik müdafiə sistemlərinə giriş (6 ECTS kredit)
Ön tələb: ETR 382
Elektronik müdafiə sistemlərinə giriş: Təhdidlər, tələblər və prinsiplər, inkişaf etmiş radar təhlükəsi, müasir elektron ötürmə sistemi analiz edilir. Arxitektura, növləri, və texnologiyası, müasir radar sistemləri, rəqəmsal radio tezlikli yaddaş, elektron müdafiə dəstəyi, sərfiyyat materialları və izləmə sistemləri, yönəldilmiş enerji tuşlanması və gizli texnologiya, tətbiqi elektron müdafiə.
ETR 490: Optik rabitə mühəndisliyi (6 ECTS kredit)
Ön tələb: ETR 320
Bu kursda alınan məlumatın optik liflərlə ötürülməsi, multipleksə edilməsi və paylanmısı kimi məsələlərə baxılır. Üfüqi və şaquli kabel texnikası (qurğular, kabel yolları) BICSI və EIA / TIA standartlarla tədris olunur. Mövzulara işıq mənbələri, detektorları, sıxaclar və konnektorlar, bağlama, fiber-optik sistemi və quraşdırılması və fiber-optik avadanlıq növləri daxildir.