Ümumi məlumat
Biologiya müəllimliyi üzrə bakalavr proqramı kök hüceyrə biologiyası, ekologiya, radiobiologiya, biostatistika, immunologiya, tibbi biologiya, mərkəzi sinir sisteminin biologiyası və sairə bu kimi seçmə fənlərdən ibarət fundamental fənləri təqdim edir.
Proqramın əsas məqsədlərindən biri bakalavr tələbələrinə həyat elmlərini müasir tədris-pedaqoji metodikalar ilə mənimsənilməsində köməklik göstərməklə yanaşı onlarda tədqiqat potensialını da üzə çıxarmaqdır. Çünki müasir dünyada bu elmlər ən önəmli yer tutur.