Kimya və Biologiya müəllimliyi ixtisası üzrə təqdim olunan Bakalavr təhsil proqramı tələbələrin həm kimya, həm də biologiyanın müxtəlif sahələri üzrə bilik və bacarıqlara yiyələnməyini nəzərdə tutur.
Tələbələr kimya və biologiyanın müxtəlif sahələri üzrə tədqiqatlar aparmağı, alına nəticələri izah etməyi, həmçinin müxtəlif məlumat bazalarından məlumatları əldə edərək təhlil etməyi öyrənirlər. Onlar elmi bilik və bacarıqları müxtəlif auditoriyalara effektiv şəkildə ötürmək, həmçinin müasir tədqiqatlarda istifadə olunan texniki və analitik bacarıqlara, düzgün və təhlükəsiz laboratoriya təcrübəsinə, laboratoriya avadanlıqlarından və müxtəlif metodikalardan istifadə etmək bacarığına yiyələnirlər.
Müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyada tələbələrin nəzəri bilikləri praktiki təcrübələrlə möhkəmləndirilir. Yüksək ixtisaslı, yerli və beynəlxalq təcrübəyə malik müəllimlərimiz tələbələri öz elmi potensiallarını inkişaf etdirmək üçün müstəqil elmi tədqiqat fəaliyyətlərini həyata keçirməyə həvəsləndirir və onlara köməklik göstərirlər.