Dizayn ixtisası

Dizayn ixtisası bakalavr pilləsi üzrə 2015-2016-cı təhsil ilindən etibarən Xəzər Universiteti tərəfindən təklif edilir. Tədris proqramı tələbələrə sağlam peşə təhsili vermək üçün nəzərdə tutulmuşdur.

Dərəcə üçün praktiki təcrübə tələb olunur və buna görə də müvafiq olaraq tələbələr təcrübə keçməli, iş dünyasını praktiki olaraq öyrənməlidirlər. Tələbələrə müəyyən sahələrdə biliklərini inkişaf etdirmələri üçün seçmə fənlər təklif olunur. Dizayn ixtisasına uyğun olaraq yeni tətbiqi proqramlara üstünlük verilir. Dizayn ixtisasını bitirdikdən sonra tələbələr  “Qrafik dizayn”, “Sənaye Dizaynı”, “İnteryer Dizayn”, “Memarlıq dizaynı” , “İşıq dizaynı”, “ Ekoloji dizayn” və “Landşaft dizaynı” istiqamətlərinə yönəlirlər.