Elektrik və Elektronika mühəndisliyi

Elektrik və Elektronika mühəndisliyi ixtisası yeni əsrin tələblərinə cavab verə bilən və beynəlxalq miqyasda tanınan mühəndislər yetişdirmək üçün yüksək keyfiyyətli proqram təklif edir.

Bu proqram tələbələrə fizika, riyaziyyat və hesablama metodları, eləcə də elektron sxemlər, analoq və rəqəmsal sistemlər, rabitə və idarəetmə sistemləri kimi əsas anlayışları çatdırmaq məqsədi daşıyır. Bu proqramı keçməklə məzunlarımız akademik, sənaye və ya dövlət təşkilatlarında uğurlu karyera əldə edəcəklər. Digər tərəfdən onlar müxtəlif sahələrdə yüksək dərəcələr əldə edə və peşəkar inkişaflarını davam etdirə biləcəklər. Biz məzunlarımızı milli, beynəlxalq, multikultural korporasiya və təşkilatlarda işləməyə hazırlayırıq.