Ümumi məlumat
Kompüter Elmi - kompüter üzrə peşəkar təlim almaq istəyən, ancaq kompüterin sistem qurğularını öyrənməyə güclü marağı olmayan tələbələr üçün nəzərdə tutulmuşdur.
Kurikulum çərçivəsində proqram mühəndisliyi, proqramlaşdırma dillərinin prinsipləri, verilənlərin strukturları, yüksək səviyyəli proqramlaşdırma dilləri, əməliyyat sistemləri, kompüter modelləşdirilməsi, kompüter şəbəkələri, süni intellekt və s. mövzularında fənlər keçirlər. Bu proqramın məqsədi tələbələri təhsilin növbəti pilləsinə hazırlamaq, eləcə də onlara biznes, sənaye və qeyri-sənaye sahələrində işləmək üçün lazımi biliklərin verilməsidir.
Qeyd: Fakültə digər alternativ fənlər təklif edə bilər.