Kompüter Mühəndisliyi

Ümumi məlumat

Bu ixtisas əsasən tələbələrdə kompüterin proqram və sistemlərini dizayn, analiz və istifadə etmək bacarığını öyrədir. 

Tələbələr kompüter sistemlərinin məntiqi dizayn, kompüter sistemi arxitekturasi, verilənlər strukturu, alqoritmlər, əməliyyat sistemi anlayışı və həm mühəndislik və qeyri-mühəndislikdə avadanlıq və proqram təminatı sistemlərinin tətbiqi kimi bütün əsas aspektlərini öyrənir. Tələbələr kompüter mühəndisliyi biliklərini dövrə nəzəriyyəsi, siqnal və sistemlər, elektron sxemlər və dizayn, inteqral sxemlər və qurğuların istifadəsi kimi müvafiq elektrotexnika biliklərilə genişləndirir. 

Qeyd: Fakültə digər alternativ fənlər təklif edə bilər.