Mexanika Mühəndisliyi bütün sənayelərdə mühərrikləri, enerjidən istifadə edən avadanlıqları və maşınları layihələndirmək, inkişaf etdirmək, quraşdırmaq, idarə etmək və onların saxlanılması üçün elmi prinsipləri tətbiq edir.
Mexanika Mühəndisliyi ixtisası üzrə kurikulum mexanika, termo-mayelər, istehsal, idarəetmə və avtomatlaşdırma ilə maraqlanan tələbələrə hərtərəfli mühəndislik təhsili vermək üçün nəzərdə tutulmuşdur. Proqram, ümumiləşdirilmiş problemləri həll etmək bacarıqlarını inkişaf etdirilməsinə diqqət yetirməklə, fundamental mühəndislik elmində möhkəm təməl əldə etmək üçün qurulmuşdur.