Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.
Xəzər Universitetinə tələbə qəbulu ümumi əsaslarla aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) keçirdiyi test imtahanlarında iştirak etməklə ümumi müsabiqədən keçir və müsabiqədə yetərincə bal toplamış abituriyentlər universitetə qəbul оlunurlar.
Əgər müsabiqə zamanı universitetin müəyyənləşdirdiyi qəbul planı dolmazsa, o zaman əlavə müsabiqə elan oluna bilər. Müsabiqə yalnız Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) keçirdiyi test imtahanlarında iştirak etmiş və müəyyən bal həddini keçmiş abituriyentlər arasında aparılır.
Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
Tələbənin Universitetdə təhsil alması Xəzər Universiteti ilə sifarişçi – valideyn, tələbə və ya hər hansı bir müəssisə arasında bağlanan xüsusi müqavilə ilə tənzimlənir.
Tədris ilinin əvvəlində yeni qəbul olunmuş tələbələr ingilis dili departamentində yerləşdirmə-test imtahanları (Placement test) verir və yalnız bundan sonra uyğun səviyyələrə görə qruplara bölünürlər.
Universitetə qəbul prosesi ilə bağlı bütün məlumatları almaq üçün Qəbul və Tələbə Şöbəsinə müraciət edə bilərsiniz.
Bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
I QRUP
- Kompüter elmləri
- Kompüter mühəndisliyi
- İnşaat mühəndisliyi
- Neft-qaz mühəndisliyi
- Kimya mühəndisliyi
- Mexanika mühəndisliyi
- Radiotexnika və telekommunikasiya mühəndisliyi
- Fizika müəllimliyi
- Riyaziyyat və informatika müəllimliyi
II QRUP
- Biznesin idarə edilməsi
- İqtisadiyyat
- Maliyyə
- Marketinq
- Menecment
- Mühasibat
- Turizm işinin təşkili
- Regionşünaslıq (Amerikaşünaslıq, Avropaşünaslıq, Asiyaşünaslıq, Şərqşünaslıq)
- Beynəlxalq münasibətlər
- Coğrafiya müəllimliyi
- Tarix və coğrafiya müəllimliyi
III QRUP
- Filologiya (ingilis dili və ədəbiyyatı)
- Tərcümə (ingilis, ərəb, fars və Çin dilləri)
- Xarici dil müəllimliyi (ingilis dili)
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- İbtidai sinif müəllimliyi
- Tarix müəllimliyi
- Politologiya
IV QRUP
- Kimya müəllimliyi
- Biologiya müəllimliyi
- Psixologiya
- Baytarlıq təbabəti
V QRUP
- Dizayn
- Təsviri incəsənət müəllimliyi