Music and Fine Arts

Xalçaçılıq işi Azərbaycan xalqının zəngin mənəvi aləmini, dünyagörüşünü əks etdirən sənət əsəridir. Azərbaycan xalqı min illərdir ki, bu sənəti yaşadır, tarıxi yaddaşlara həkk etdirir.  Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.

Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Azərbaycan xalçaları hazırlanma texnalogiyalarına görə xovlu və xovsuz xalçalara bölünürlər. Xovsuz xalçalara palaz,cecim,kilim,zili, varni, sumaq və laddi aiddir. Qədim zamanlarda məişətdə xovsuz xalçalardan hazırlanan məmulatlar daha geniş yayılmışdır.

Xovlu xalçalara isə dəstə-xalı-gəbə,xalça,xalı,gəbə aiddir.

Azərbaycan xalçaçılıq sənətinin şedevri sayılan 1539-cu ildə Təbrizdə ( Cənubi Azərbaycan ərazisində, indiki Iranın Şimal-Qərb hissəsində) “Bürünmüş xalı-Şeyx Səfi”(56 kv) hazırda Londonun Viktoriya və Albert muzeyində saxlanılır.

1967- ci ildə Bakida dünyada hal-hazırda məşhur alim-sənətşünas, xalça sənəti üzrə rəssam olan Lətif Kərimovun adını daşıyan ilk xalça muzeyi yaradıldı.

16 noyabr 2010- cu ildə Azərbaycan Xalçaçılıq  sənəti insanların mənəvi-mədəni daşıyıcısı kimi YUNESKO-nun reprezantativ siyahısına salındi.  

Beləcə, hələ qədim zamanlardan xalça istehsalının mərkəzi hesab edilen Azərbaycanda bu gün də bu ənənə davam etdirilir.

Bu ənənənin ən dəyərli davamçılarından biri olan Xəzər Universitetində Azərbaycan xalqının tarixi dəyərlərini yaşatmaq və gənc nəslə öyrətmək məqsədilə Xalça muzeyi yaradılmışdır. Xalça muzeyi həm muzey, həm də emalatxana kimi fəaliyyət göstərir. Peşəkar sənətkarların rəhbərlik etdiyi bu mərkəzdə toplanaraq qorunan böyük və kiçik ölçülü xalça, eləcə də başqa toxunma əşyalar əsasən, tələbələr tərəfindən hazırlanır.

Xalça muzeyi artıq bir sıra uğurlara da imza atmışdır. Belə ki, muzeyin əməkdaşları və tələbələri “ Azərbaycan tarixi-memarlıq irsi gənclərin gözü ulə” rəsm layihəsində yeniyetmə və gənclər arasında I yeri tutmuşlar. Xalça Muzeyində hazırda  Nizami Gəncəvinin “Xəmsə”si əsasında yüksək sıxlıqlı,sujetli - portret xalça (1.10-2.00 metr) toxunmaqdadır.