About us
Siyasi elmlər və fəlsəfə departamenti Politologiya, Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisası üzrə ingilis dilində tədris edilən bakalavr və magistratura pilləsi üzrə yüksək təhsil standartlarını təmin edir.
Tədris proqramlarımız tələbələrə münaqişə və beynəlxalq təhlükəsizlik məsələlərindən tutmuş enerji sahəsində siyasi iqtisadiyyat və regional geosiyasətə qədər dövrümüzün aktual problemlərinin həlli üçün lazım olan analitik bacarıqlar və konseptual təsvirlər təqdim etmək üçün nəzərdə tutulub. Tələbələrimiz siyasi nəzəriyyə, siyasi fəlsəfə, müqayisəli siyasət, beynəlxalq münasibətlər tarixi və xarici siyasətin təhlili də daxil olmaqla, siyasi tədqiqatın bütün əsas alt fənləri üzrə biliklər əldə edirlər.
Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə departamentində fənlərin tədris edilməsində dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərdə təhsil almış və müxtəlif modulların tədrisində və tədqiqatların aparılmasında iştirak edən professor-müəllim heyəti və ekspertlər iştirak edir. Departamentin professor-müəllim heyəti tələbələrin daxili və xarici siyasət məsələlərini dərindən öyrənməsində öz bilik və praktik təcrübələrindən istifadə edirlər.
Departament mütəmadi olaraq seminarlar, mühazirələr, simpozium o cümlədən Jean Monnet Seminar seriyası və digər təlimləri keçirməklə intellektual stimullaşdırıcı mühiti təmin edir.