Library

general information

Xəzər Universitetinin Kitabxana və İnformasiya Mərkəzinə (KİM) xoş gəlmişsiniz!

Xəzər Universitetinin KİM - təhsil missiyasına dəstək vermək üçün geniş xidmətlər və texnologiyalar tətbiq edir.

 

Take the video tour

Kitabxana haqqında bilmək istədiyiniz 10 məlumat:

  1. Tədqiqatınızla əlaqədar kömək lazımdırmı? Kitabxana heyəti ilə birbaşa əlaqə saxlaya bilərsiniz. Araşdırmalara əsaslanan tapşırıqlarınızda yardım üçün kitabxanaya zəng etmək və ya e-poçtla müraciət etməkdən çəkinməyin.
  2. Lazım olan qaynağı tapa bilmirsinizsə alternativ olaraq, Kitabxana Mübadilə Xidmətləri sizin üçün digər kitabxanalardan kitab və jurnal məqalələri sifariş etməyə kömək edir.
  3. E-kitablara, e-jurnallara və e-qəzetlərə və tədqiqat verilənlər bazalarına 24/7 hər hansı bir yerdən daxil olun! Artıq minlərlə çap kitab və DVD, nadir kitablar və arxiv materiallarımız var. İsdəyiniz vaxtda OPAC və DSpace-də axtarış apara bilərsiniz.
  4. Kitabxana üç filiala sahibdir: Downtown Kampüs Kitabxanası, Dünya Məktəbi Kitabxanası və Sumqayıt Dünya Məktəbi Kitabxanası.
  5. Əgər iş yerinə ehtiyacınız varsa, kitabxanada sakit yerlər mövcuddur , amma bir qrup layihə üzərində işləyirsinizsə, əməkdaşlıq otağına müraciət edin.
  6. Elektron məhsullardan yalnız qeyri-kommersiya, təhsil, elmi və ya tədqiqat məqsədilə istifadə etməsini təmin etmək üçün məsuliyyət daşıyırsınız.
  7. Dərsləriniz üçün hazırlanmış materiallar 24/7 elektron kurs ehtiyatlarına yerləşdiriləcəkdir.
  8. Kitabxana şənbə günü daxil olmaqla həftənin 61 saatı açıqdır.
  9. Sizin tələbə biletiniz həmdə sizin kitabxana kartınızdır. Bunun vasitəsilə kitabları, DVD-ləri və başqa materialları əldə edə bilərsiniz.
  10. KİM video tur - müxtəlif qaynaqlar və boşluqlarla doludur.

Mission and History

Missiyamız

Kitabxana İnformasiya Mərkəzi Xəzər Universitetinin aparıcı mərkəzlərindən biridir. Universitetin əməkdaşlarına tədris, öyrənmə və tədqiqat üçün keyfiyyətli dəstək verir.

Kitabxana tarixinin xronologiyası

Kitabxanada baş verən hadisələrin qrafiki ilə tariximiz haqqında məlumat əldə edə bilərsiniz.

2021

Milli ISBN Agentliyinin Kitab Kolleksiyasına açıq girişi təmin edildi. DSpace elektron arxivi vasitəsilə naşirlərin kitablarının Açıq Girişini təklif edirik. Bu materiallar bütün dünyada kitabxanalar və istifadəçilər üçün sərbəstdir.
http://dspace.khazar.org/handle/20.500.12323/4120 

2021

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin bütün filialları yenidən ənənəvi fəaliyyətini bərpa etdi.

2020

Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi elektron xidmətlər, təqdimatlar keçirib.

2019

KİM əməkdaşları tərəfindən Xəzər Universitetinin nəşrlərinin kataloqu hazırlandı.

2019

Kitabxana İnformasiya  Mərkəzinin əməkdaşları Fransanın Montpelier Universitetində Nizami Layihəsinin yekun iclasında və Gəncə şəhərində PETRA konfransında iştirak etdilər.

2019

Mahara platforması tərəfindən ePortfolio yaradıldı.

2019

Kitabxananın  online təhsil mühitinə (məsələn, Moodle) effektiv şəkildə necə inteqrasiya edə biləcəyi ilə bağlı strategiyalar hazırlandı.

2019

Agape Universiteti ilə əməkdaşlığı inkişaf etdirməyin nəticəsi olaraq , LIRN məlumat bazasına giriş əldə edildi.

Rules

İş qrafiki


Neftchilar Campus Library:

(41 Mehseti St, Baku, AZ1096, Azerbaijan)

Phone:  (+99412) 421-79-16 (263)

Monday – Friday - 09.00 - 18.00

Saturday - Sunday - closed

Downtown Campus Library

( 122 Bashir Safaroglu St, Baku, AZ1009, Azerbaijan) 

Phone: (+99412) 596-21-14

Monday – Friday - 09.00 - 18.00

Saturday - Sunday -  closed

Baku Dunya School Library:

(8-th MKR, Acami Nakhcivani St 9, Baku, AZ1130, Azerbaijan) 

Phone: (+99412) 563-59-48

Monday – Friday - 08.00 - 17.00

Saturday and Sunday - closed

Sumgayit Dunya School Library:

(Sumgayit, 37 Baku Street, AZ5000, 44 District, Azerbaijan) 

Phone:  

(+994 18) 642 30 97

(+994 70) 729 25 81

Monday – Friday - 08.00 - 17.00

Saturday and Sunday – closed

Ganja Dunya School Library:

(Ganja, 76 Atabylar avenue, AZ 2000 Azerbaijan) 

Phone: (+994150) 3478905

Monday – Friday - 08.00 - 17.00

Saturday and Sunday - closed

KİM-ə necə gedə bilərəm?

Xəzər Universiteti KİM Neftçilər korpusu yeni binada ( V və VI mərtəbələrində) və digər üç  şöbəsi – Bəşir Səfəroğlu korpusu, Bakı Dünya MəktəbiSumqayıt Dünya Məktəbi vəGəncə Dünya Məktəbi korpusunda yerləşir. 

İş qrafiki?

 

Bazar ertəsi-Cümə

Şənbə

Bazar

Neftçilər Kampusu kitabxanası

09:00-18.00

Bağlıdır

Bağlıdır

Bəşir Səfəroğlu Kampusu kitabxanası

09:00-18:00

Bağlıdır

Bağlıdır

Bakı Dünya Məktəbi Kitabxanası

8.00-17:00

Bağlıdır

Bağlıdır

Sumqayıt Dünya Məktəbi Kitabxanası

8.00-17:00

Bağlıdır

Bağlıdır

Gəncə Dünya Məktəbi Kitabxanası

8:00-17:00

Bağlıdır

 

KİM-dən kimlər istifadə edə bilər?

Xəzər Universitetinin bütün heyəti kitabxanadan istifadə edə bilər.

Digər universitetlərdən akademik heyət və tədqiqatçı tələbələr (doktorant) kitabxanaya qaynaqlardan istifadə etmək üçün müraciət edə bilərlər.

Azərbaycanın başqa universtetlərinin axırıncı kurs tələbələri və aspirantları Kitabxananın oxu zalından istifadə üçün müraciət edə bilərlər.

Xüsusi və biznes tədqiqatçıları araşdırmalara lazım olan materialları Universitet kitabxanasının resurslarından istifadə etmək üçün müraciət edə bilərlər. 

KİM-in fonduna hansı materiallar daxildir?

Xəzər Universiteti KİM Biznes, İqtisadiyyat və menecment, Mühəndislik və tətbiqi elmlər, Təhsil, Sosial, Siyasi elmlər və Beynəlxalq münasibətlər, Filologiya, Fəlsəfə, İncəsənət, Tarix və Tibb elmləri sahələrində Azərbaycan, ingilis, rus, türk, ərəb, fars, alman, fransız,yapon, çin, digər müasir Avropa və Şərq dillərində çap olunmuş elektron materialları özündə cəmləşdirir. Orta hesabla kitabxana materiallarının 75%-i ingilis dilindədir. Dünyada çap olunan dərslik kitabları, eyni zamanda Xəzər Universitetinin nəşrləri kitabxanada geniş şəkildə istifadəyə verilmişdir. KİM-in  bir və iki dilli ensiklopediyaları, nadir kitablardan ibarət xüsusi kolleksiyaları, əlyazmalar və başqa materialların da daxil olduğu geniş açıq fondu var. 

KİM-in hansı elektron resursları var?

Xəzər Universiteti KİM Biznes, İqtisadiyyat və menecment, Mühəndislik və tətbiqi elmlər, Təhsil, Sosial, Siyasi elmlər və Beynəlxalq münasibətlər, Filologiya, Fəlsəfə, İncəsənət, Tarix və Tibb elmləri sahələrində Azərbaycan, ingilis, rus, türk, ərəb, fars, alman, fransız,yapon, çin, digər müasir Avropa və Şərq dillərində çap olunmuş elektron materialları özündə cəmləşdirir. Orta hesabla kitabxana materiallarının 75%-i ingilis dilindədir. Dünyada çap olunan dərslik kitabları, eyni zamanda Xəzər Universitetinin nəşrləri kitabxanada geniş şəkildə istifadəyə verilmişdir. KİM-in  bir və iki dilli ensiklopediyaları, nadir kitablardan ibarət xüsusi kolleksiyaları, əlyazmalar və başqa materialların da daxil olduğu geniş açıq fondu var.

KİM-in hansı elektron resursları var?

İstifadəçilər onlayn ictimai girişi həyata keçirən kataloq (OPAC) vasitəsilə materiallara: kitablara, dövri nəşrlərə, video qeydlərə, ingilis, azəri, rus və başqa dilli CD-ROM-lara axtarış edə bilərlər. İstifadəçilər şəxsi kitab qovluğunda asanlıqla yaddaşa ötürmə, çap etmə üsulu ilə biblioqrafiyalarını yarada bilərlər.

Universitet kitabxanası e-Katalog vasitəsilə dünyanın hər bir yerindən ekitablar, ejurnallar, web səhifələr və verilənlər bazasına onlayn girişi təmin etməyə müvəffəq olub.

Xəzər Universiteti KİM-i EBSCO, EBSCO EDS, Polpred və  s. kimi müxtəlif elektron resurslara girişi təmin edir. Xəzər Universiteti Nəşriyyatında çap olunan dövri nəşrlər və Universitet əməkdaşlarının araşdıramaları nəticəsində ərsəyə gələn məhsullar müəssisənin elektron arxivində (http://dspace.khazar.org) mövcuddur.

KİM-lə necə əlaqə saxlaya bilərəm?

İş Qrafiki səhifəsinə baxın.

İT imkanları

Xəzər Universiteti KİM İT imkanlarını təchiz etməklə oxuculara elektron resurs, kataloq, rəqəmsal kolleksiyalara müraciət etməyə, mətnin elektron işlənmə, elektron cədvəl proqram təminatına, ümumi internetə və email-ə girişə şərait yaradır.

Sadalanmış imkanların böyük əksəriyyəti KİM kompüter zalında cəmləşdirilmişdir. Bununla bərabər, oxu zalları oxucuların maraq dairələrinə uyğun olaraq əlavə resurslara əldə etməyə də imkan yaradır. IT imkanları kabelsiz internet şəbəkəsi (Wi-Fi) istisna olmaqla, kitabxana elektron xidməti və sistem rəhbərliyi tərəfindən dəstəklənir.

Ətraflı məlumat üçün elektron mənbələrdən istifadə qaydalarına nəzər salın. 

Rules

Qəbul

  1. Universitetin üzvləri ilə yanaşı, aşağıdakı şəxslərə kitabxana kartı verilə bilər.

Şəxsi təhsil və ya tədqiqatla məşğul olan 18 yaşdan yuxarı olan şəxslər.

Müvafiq tövsiyələrlə dəstəklənən başqa universitetlərin tələbələri.

  1. Tələbə kartı köçürülə bilməz.

Oxucu kartlarının sahibləri bir oxu zalından və qrup iş yerlərindən istifadə edə bilərlər.

Ünvanda hər hansı bir dəyişiklik olduqda istifadəçi kitabxanaçını məlumatlandırmalıdır.

  1. İstifadəçi 16 yaşdan aşağı olduqda abunəçi olan başqa bir şəxsin adına materialları əldə edə bilər.

Kitab verilişi

  1. Kitabxananın bağlanmasına on beş dəqiqədən az vaxt qaldıqda istifadəçilərə kitab verilmir.
  2. İtirilən hər bir informasiya daşıyıcısı əvəzi ödənilməklə 7 iş günü ərzində kitabxanaya təhvil verilməlidir.
  3. Tək nüsxəli və nadir kitablar evə verilmir, oxu zalında istifadə edilə bilər.
  4. Kitabxana İnformasiya Mərkəzi istifadəçilərinin şəxsi məlumatları digər oxuculara açıqlana bilməz və heç bir şəxs kitabxananın istifadəçi informasiyaları olan obyektlərini istifadə edə bilməz.

Kitabxana materiallarından istifadə

  1. Hər hansı bir Kitabxana materialında qeydlərin aparılması qadağandır; oxucuların mürəkkəbdən istifadə edilməsi qadağan edilə bilər.
  2. Kitabxananın materiallarını borc alan və ya kitabxanada istifadəsi üçün sifariş verən bütün şəxslər istənilən halda borc və ya sifariş zamanı şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidirlər.
  3. Universitet kitabxanasının IT vasitələrindən istifadə  KİM tərəfindən hazırlanmış qaydalarla tənzimlənir.
  4. Müəlliflik hüququ, elektron kitablar və onlayn verilənlər bazası lisenziyalarının şərtləri yalnız universitetin hazırkı işçiləri və tələbələrinə tam giriş imkanı verir.

Kitabxanada davranış qaydaları

  1. Sakitliyə riayət olunmalıdır.
  2. İstifadəçilər kitabxanaçılara öz tələbə biletini və yaxud şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.
  3. Mobil telefondan səssiz rejimdə istifadə edilməlidir.
  4. Kitabxanada digər oxucuları narahat edən,  fikirlərini yayındıran və ya kitabxana materiallarına zərər verə biləcək avadanlığın istifadəsinə icazə verilmir;
  5. Çətirlər , çantalar, fotokopi qurğuları və buna oxşar şəxsi əşyalar normal olaraq xüsusi qutulara yerləşdirilməlidir.
  6. Kitabxana binaya gətirilən hər şeyi yoxlamaq hüququna malikdir. Kitabxanaya daxil edilmiş noutbuklar, mobil qurğular, çantalar, fayllar, qovluqlar, paltolar və digər əşyalar çıxışda yoxlanılmalıdır.
  7. Kitabxanada isti və soyuq içkilər, yemək qadağandır.
  8. Kitabxananın əməkdaşları kitabxananın təhlükəsizliyi, rifahı, oxucu və kitabxana işçilərinin  təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı fəaliyyəti dayandırmağa səlahiyyətlidir.
  9. Kitabxana əməkdaşları, oxucu və qonaqlarla qarşılıqlı hörmət və nəzakət qaydalarına riayət etməlidirlər.

Dövriyyə siyasəti

Giriş

Kitabxana İnformasiya Mərkəzinin materiallarından istifadə etmək istəyənlər üçün bir sıra qaydalar mövcuddur.

Kitabxananın kolleksiyaları , oxu zallarında və abonoment zalından əldə edilə bilər.

Xəzər Universitetinin işçiləri və tələbələri Universitet Kitabxanasının kolleksiyalarından istifadə edə bilərlər.

Üzvlük qaydaları

Xəzər Universitetinin tələbələri, Full-Time və Part-time işçilərinə avtomatik olaraq Kitabxana İnformasiya mərkəzinə üzv olmaq imkanı verilir.  Oxu zallarını, koleksiyaları  və xidmətlərdən  istifadə etmək üçün ilk növbədə Circulation Desk-da qeydiyyatdan keçməlidirlər.

Tələb olunan materiallar

  • Şəxsiyyət vəsiqəsi;
  • Tələbə kartı;
  • 1 şəklin surəti.

 Qeydiyyat pulsuzdur.

Xarici istifadəçilər KİM-ə üzv ola biləcəklər. Onların üzvlüyü akademik ilin sonunda başa çatır və yenilənməlidir. 

Borcalma müddəti

  • Tələbə və işçilər üçün borc alma müddətlərinin sayı fərqlidir. 
  • Tək nüsxə olduqda, KİM heyət üzvlərinin razılığı ilə 7 gün müddətinə borc verilə bilər. İstifadəçi eyni anda 3 ədəddən artıq bədii ədəbiyyat götürə bilməz.

Müəllimlər üçün qaydalar

  • Fakültə üzvləri bir akademik semestr  üçün cəmi 15 material borc  ala bilərlər:  Kurs dərslikləri və dərsliklər.
  • Yarım ştat işləyən müəllim heyəti müvafiq şöbədən KİM-nə  tövsiyə məktubu göndərməlidir.

Tələbələr üçün qaydalar

  • Magistr tələbələri üçün cəmi 7 informasiya daşıyıcısı.
  • Tələbələr üçün 10 informasiya daşıyıcısı. 

İşçilər üçün

15 gün müddətinə 5 informasiya daşıyıcısı borc  ala bilərlər:

Borc verilməyən materiallar;

  • Tək  nüsxəli nəşrlər;
  • Müəllifin sonuncu surəti;
  • Referans kitablar;
  • Dövrü nəşrlər;
  • CD-ROM, video, audio-lent və s.

Kitabxana qeydləri

Abonoment  Xidməti gecikmiş kitabları olan şəxslərə  xəbərdarlıq etmək üçün  bildiriş göndərir. Bildiriş Universitetə təqdim etdiyiniz yerli ünvana göndəriləcək. Bütün borcalanlar  elektron poçt ünvanlarına  göndərilən kitabxana bildirişlərini əldə edə bilərlər. İstifadəçilər bu xidmət üçün hər hansı bir dövriyyə masasında qeydiyyatdan keçə bilərlər.

Bildirişlər 28 gündən artıq müddətdə informasiya daşıyıcısını gecikdirdikdə göndərilir.

Gecikdirilmiş materiallar

KİM-nə  borc imtiyazları olan  şəxslər öz materiallarını 50 gün və ya daha çox müddətdə saxladıqda onlara göstərilən xidmət dayandırılır. İmtiyazlar yalnız maddələr qaytarıldıqdan sonra bərpa olunacaq.

İtirilmiş və ya zədələnmiş kitablar üçün cərimələr

İtirilmiş  və ya zədələnmiş kitablar eyni oxşar adlarla əvəz olunmalı və təmir olunmalıdır. Hər hansı bir itirilmiş  və ya zədələnmiş əşyaların əvəzi  xüsusi qərar əsasında  əsl qiymətindən 3-10 dəfə artıq ödənilməlidir.

Ünvan dəyişdirildiyi halda

Hər bir istifadəçi ünvanı dəyişdirildiyi halda kitabxana əməkdaşlarını məlumatlandırmalıdır.

Accessibility

Exhibition

Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzi universitetin və geniş ictimaiyyətin ictimai, mədəni və intelektual həyatına dəstək olacaq yeni bir təşəbbüslə çıxış edir. Bütün akademik, inzibati və xidmət bölmələrinə Kitabxana İnformasiya Mərkəzində olan nümayiş yerlərindən istifadə etmələrini  tövsiyyə edirik. KİM -i tərəfindən seçilmiş məkanlar kitabxananın iş saatları ərzində ictimaiyyətə açıq olur.

Sərgi siyasəti

KİM-i eksponatları aşağıdakı məqsədlər üçün sərgiləyir.

  • Xüsusi Kitabxana kolleksiyalarının, xidmətlərinin, mənbələrinin və ya nailiyyətlərinin təbliği ;
  • Xəzər Universitetinin tədris, tədqiqat işlərini göstərmək və tanıtmaq ;
  • Milli bayram və ya tədbirlərin keçirilməsi məsələn Novruz bayramı, 28 May Respublika günü və s.;
  • Xəzər Universitetinin digər yerli mədəniyyət mərkəzləri ilə bərabər keçirdiyi tədbirlər ;
  • Xəzər Universitetində əhəmiyyətli bir mədəniyyət bölməsi olan kitabxananın cəmiyyət ilə əlaqələrinə , əməkdaşlığına töhvə vermək ;
  • Kitabxanaya yeni qonaqların cəlb olunması məqsədilə internet vasitəsilə rəqəmsal şəkillərin, materialların nümayişi ;

Tələbə, müəllim, işçi heyəti və məzunları kitabxana sərgiləri ilə bağlı fikirlərini təqdim etmək üçün kitabxana məkanında fəal iştirakçı olmağa dəvət edirik.

Məqsədlər

  • tələbələrə, işçilərə və müəllim heyətinə kitabxanaya aid sənət əsərlərini nümayiş etdirərək kitabxana ilə əlaqə qurmalarını təmin etmək ;
  • Kolleksiyaları və məkanı mənalı şəkildə nümayiş etdirən sərgilərə ev sahibliyi etmək .

Sərgilər zamanı edilməlidir:

  • Kitabxanaya hörmətlə yanaşmaq, kitabxanada kitab sənəti, arxivşünaslıq mövzularına üstünlük vermək ;
  • Kitabxana ilə əlaqəli sərgilər ;
  • Kitabxana kolleksiyalarından hər hansı bir materialı və ya cihazı gizlətməmək.

Online sərgilər

  • Xəzər Universiteti Nəşrləri;
  • Milli ISBN Agentliyi.

Staff

Aytac Misgərli

Kitabxana İnformasiya Mərkəzi direktor müavini 

Kitabxanaşünaslıq və Biblioqrafiya üzrə magistr (Bakı Dövlət Universiteti, Azərbaycan)

 

Samirə Orucova

Kataloqlaşdırma bölməsinin müdiri

Kitabxanaşünaslıq və Biblioqrafiya üzrə bakalavr (Bakı Dövlət Universiteti, Azərbaycan)

Cəmilə Quliyeva

Komplektləşdirmə bölməsinin müdiri

Linqvistika üzrə magistr (Azərbaycan Dövlət Pedaqoji Universiteti)

E-mail: 

Əzizə Cəfərova

“Oxuculara Xidmət“ bölməsinin müdiri

Dilşünaslıq, ixtisas: “Tərcümə” (İngilis dili) bakalavr

 

Esmira Mehdiyeva

Circulation Desk, Downtown kitabxanası

 

 

Aysel Əkbərova

Kitabxanaçı

Kompüter mühəndisliyi üzrə magistr (Azərbaycan Texniki Universiteti)