Birləşmiş Krallığın Exxes Universitetində təhsil alan doktorantın seminarı keçiriləcəkBirləşmiş Krallığın Exxes Universitetində təhsil alan doktorantın seminarı keçiriləcək

28 iyun 2022-ci il tarixində saat 12:00-da Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin və Həyat elmləri departamentinin təşkilatçılığı ilə “Alternative splaysinq analizi, yeni protein izoformları” adlı seminar keçiriləcək. 

Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə xaricdə doktorantura təhsili” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Birləşmiş Krallığın Exxes Universitetində təhsil alan doktorant Aygün Azadovadır.

Seminar online şəkildə keçiriləcək. İştirak etməyi arzu edənlərdən aşağıdakı link vasitəsi ilə seminara qoşula bilərlər:

https://us04web.zoom.us/j/79753813768?pwd=PvoEDipOphr9MKdJ_tGsRMArhqjL10.1

Meeting ID: 797 5381 3768

Passcode: qw8QMx