Magistr və doktorantura təhsili almaq istəyən xanım namizədlər üçün tam maliyyələşdirilmiş təqaüd proqramı

Nailəxanım Fondu (Azərbaycan) 2022-2023-cü illər üçün milli mənşəyindən və vətəndaşlığından asılı olmayaraq təhsilini magistratura və ya doktoranturada davam etdirmək niyyətində olan istedadlı qız tələbələr üçün yüksək səviyyəli müsabiqə əsasında tam təqaüd təklif edir.

Nailəxanım Fondu Dünya Məktəbinin və Xəzər Universitetinin həmtəsisçisi Nailəxanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. Nailəxanın öz dünyagörüşü və enerjisi ilə hər iki qurumun inkişafına töhvə verən tanınmış pedaqoq idi. Fond onun təhsilə olan həvəsini və fədakarlığını əbədiıəşdirmək üçün yaradılıb.

İştirak etmək üçün şərtlər:

  1. Müraciət edənin qadın olması
  2. Mühüm akademik nailiyyətlər
  3. Seçilmiş akademik sahəyə yaxından bələd olmaq
  4. Ali təhsilə və yüksək səviyyəli akademik tədqiqatlara həvəs
  5. 27 iyun 2022-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına müraciət ərizəsinin göndərilməsi
    (e-mailin mövzu hissəsində “Nailəxanım Fondu Təqaüd Proqramı” qeyd etməyiniz xahiş olunur)

Seçim üçün meyarlar:

  • Aşağıdakı mövzuda motivasiya essesi* yazın: “Qadın liderliyini nümayiş etdirdiyiniz və ya şahidi olduğunuz bir siyuasiya və ya vəziyyətləri və bunun necə müsbət fərq yaratdığını təsvir edin”
  • Akademik tədqiqat apara bilmək üçün ingilis dilini lazımi səviyyədə bilmək
  • Orta qitmətin (GPA) minimum A-, 90-92 və ya 3.7 (4-dən) və ya müraciət edənin daha əvvəl təhsil aldığı universitetin qiymətləndirmə sxemindən asılı olaraq bu gösrəricinin ekvivalenti olması və yüksək səviyyəli akademik nailiyyət

* Esse burada öz mövzusu ilə məhdud və çox vaxt şəxsi nöqteyi-nəzərdən bəhs edən qısa, analitik, şərhedici və ya tənqidi ədəbi kompozisiya kimi başa düşülür (Britannica-nın izahına əsasən).

Nailəxanım Təqaüd Seçki Komitəsi tərəfindən seçilmiş qısa siyahıya alınmış namizədlər Komitənin üzvləri və digər alim lərdən ibarət təyin edilmiş ekspert qrupu tərəfindən müsahibədən keçiriləcək. Nailəxanım Təqaüdü Seçki Komissiyasının Təqaüd sahibi olmaq üçün seçilmiş namizədlə bağlı qərarı yekun qərar olacaqdır.

Müraciət formasını buradan yükləyin.

Müraciətlərinizi səbirsizliklə gözləyirik!