“Xəzər”ə təşəkkür məktubu

Azərbaycan Universiteti 

Xəzər Universitetinin rektoru İradə xanım Xəlilovaya

Hörmətli İradə xanım,

Azərbaycan Universitetinə hədiyyə olaraq göndərdiyiniz “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitab Elmi kitabxananın fonduna daxil edilmişdir.

Tədris prosesində, həmçinin tariximizin araşdırılmasında Universitetimizin tələbə və müəllimlərinə faydalı olacağına əmin olduğumuz bu kitab üçün Sizə dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə ümid edirik.

Hörmətlə,
Rektor S.N.Əliyeva

10 avqust 2022-ci il