Research

Fəаliyyətdə оlduğu dövrdən Xəzər Universitetində Nəşriyyat (Kha­zar University Press) fəаliyyət göstərir.

Xəzər Universiteti Nəşriyyatı - universitetin kitab, jurnal və digər çap məhsullarını, eləcə də kənardan müraciətləri dəyərləndirən və nəşrə hazırlayan bir qurumdur.  

Nəşriyyatın fəaliyyət dairəsinə dərslik, monoqrafiya, konfrans materialları, elmi-tədqiqat jurnalları, tərcümə layihələri (ingilis və başqa dillərdən Azərbaycan dilinə və həmçinin, Azərbaycan və rus dillərindən ingilis və başqa dillərə tərcümə olunmuş kitab və məqalələr), eləcə də bədii ədəbiyyat nəşri daxildir.

Xəzər Universiteti Nəşriyyatı öz məhsulları və fəaliyyəti ilə beynəlxalq aləmdə də tanınır, onun nəşrləri və əməkdaşları bir sıra ölkələrdə sərgi, yarmarka, treninq və digər proqram və tədbirlərdə iştirak edirlər.

Xəzər Universiteti Nəşriyyatı Azərbaycan ISBN agentliyi və Azərbaycan ISMN agentliyi - beynəlxalq kitab və musiqi əsərlərinin standartlaşdırılması Milli Agentliyi kimi də fəaliyyət göstərir.

http://www.ismninternational.org/agencies/azerbaijan.html

Ünvan: AZ1096 Bakı, Məhsəti küçəsi 41, Xəzər Universiteti

Telefon: (+994 12) 4217916 (210)

E-mail: [email protected]