Xəzər Universiteti Azərbaycanda nəşr olunan kitablara ISBN-lərin verilməsinə cavabdehlik daşıyan regional agentlikdir.
Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN) kitab nəşri üçün beynəlxalq standart eyniləşdirməni müəyyən edən unikal nömrədir.
Kitabın hər fərqli nəşri və formatı üçün ayrı ISBN təyin edilir, məsələn, eyni kitabın kağız üzlü və sərt üzlü nəşrinin hər birinin fərqli ISBN-i olacaq.
ISBN tətbiq edildiyi nəşrlər:
- kitab və broşürlər;
- illik məcmuələr;
- preprintlər;
- şəkil və mətndən ibarət kitab və jurnal tipli nəşrlər, kitab və jurnal tipli təqvimlər, həmçinin, aşırımlı təqvimlər;
- çap nəşrlərin elektron analoqları;
- kartoqrafik nəşrlər (atlas və xəritələr);
- audiokitablar;
- brayl şriftli nəşrlər.
Fərqli format və təkrar nəşrlər
- Kitabın ilk nəşri zamanı ISBN olması mütləqdir
- Kitabın hər yeni nəşrinə ayrıca ISBN təyin edilir, lakin eyni kitabın dəyişməz təkrar nəşrinə İSBN tələb olunmur
- Yenidən nəşr edilmiş kitab, mikroforma və ya böyük şriftlə dərc edilmiş fərqli formata malikdirsə, bu yeni nəşr hesab edilir
- Nəşr yumuşaq və ya bərk cilddə olmaqla fərqli cilddə ola bilər
- Nəşrdə başlıq, müəllif və ya naşir dəyişdikdə də yeni nəşr sayılır
- Ölçüdə, mətndə və ya təsvirlərdə dəyişiklik olduqda yeni nəşr sayılır
ISBN tələb olunmayan nəşrlər
- reklam materialı və s. çap materialları;
- musiqi əsərləri;
- titul vərəqi, mətni olmayan rəsm əsəri və qovluqları;
- şəxsi sənədlər;
- tədris və ya təlimatdan başqa hər hansı məqsəd üçün nəzərdə tutulmuş proqram təminatı;
- elektron bülleten lövhələri;
- e-poçt və digər elektron yazışmalar;
- video oyunlar;
- musiqi səs yazıları;
Daha ətraflı məlumat almaq üçün ISBN-nin əhatə dairəsi və təyinatı bölməsinə baxın.
Azərbaycanda ISBN-ni hardan əldə etmək olar
ISBN almaq üçün Xəzər Universiteti İSBN Agentliyinə müraciət edərək və ya saytdan ISBN Sorğu formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz.
ISBN nömrə xüsusi blankda qeyd olunaraq 2 iş günü ərzində müştəriyə göndərilir.
Əgər nəşriniz üçün ISBN nömrə ilə yanaşı ştrix kod da istəyirsinizsə lütfən, formanı doldurarkən tələbinizi orada qeyd edin. ISBN ştrix kod kitabın ISBN nömrəsinin qrafik təsviridir. Ştrix kodlar çap kitablarda istifadə olunur, bu da onların maşınla oxunması və avtomatlaşdırılmış satış və inventarın izlənilməsi prosesini asanlaşdırır.
Məcburi nüsxəsinin ISBN Agentliyə təqdim edilməsi
Kitab çap olunduqda nəşrin üç nüsxəsini ISBN Agentliyə təqdim etməyinizi xahiş edirik. İki nüsxə Universitetin Arxiv Bölməsinə göndərilir. Bir nüsxə Xəzər Universitetinin onlayn kataloquna salınması üçün Kitabxananın Kataloqlaşdırma bölməsinə göndərilir və sonra Milli ISBN Agentliyinin kitab kolleksiyasında sərgilənir.
Nəşrin açıq girişdə yerləşdirilərək geniş oxucu kütləsi üçün əlçatanlığının təmin olunması üçün kitabxanaya məlumat verməyiniz xahiş olnur. Müvafiq URL ünvan çap nəşrin kataloqdakı təsvirini nəşrin DSpace e-arxivindəki tam mətni ilə əlaqələndirir.
Bu yolla formalaşan Azərbaycan nəşrlərinin əhatəli kolleksiyası Azərbaycan həyatının, mədəniyyətinin, bədii, kommersiya, texniki və elmi fəaliyyətinin bütün sahələrini araşdırmaq üçün tədqiqatçılara əlavə vəsait təmin etmiş olur.
Məcburi nüsxəsi tələb olunmayan nəşrlər
Kommersiya xarakterli reklam materialları və daxili istifadə üçün hazırlanmış nəşrlər ISBN Agentliyinin tələblərinə əsasən məcburi nüsxədə tələb edilmir:
- beş səhifədən az olan hər hansı nəşr;
- universitet kurslarını təbliğ edən broşürlər və vərəqələr;
- şəkillər, xəritələr, fotoşəkillər.
Müəllif Haqları Bəyannaməsi
Əsərin müəllif haqları sizə məxsusdursa və onun üçüncü tərəfin mülkiyyətindən azad olunduğu bəyan edilirsə, müəllif haqları bəyannamə forması təqdim olunur.
Əgər redaktə edilmiş nəşr konfrans məqalələri və ya jurnal məqalələri toplusudursa, müəlliflərdən icazə istəndiyini sübut etmək üçün müəllif haqları bəyannaməsinin “Mülkiyyət hüququnun ötürülməsi” bölməsində razılığın alındığını göstərmək tələb olunur.
Mənbələr
ISBN-lə bağlı tez-tez verilən suallar
ISBN nömrələrin göstəricisini nəzərdən keçirin.
Bizimlə əlaqə:
ISBN, ISMN və ISSN-lə əlaqəli suallarla bağlı əlaqə saxlamaq üçün:
Səbinə Əlimərdanova
Məhsəti küç. 41, Bakı AZ1096
Telefon: (+994 12) 4217916 (daxili 234)
Mob: (+994 70) 3523033
E-mail: [email protected]