Azərbaycanda ISBN nömrə haradan əldə edilir?
Xəzər Universiteti Azərbaycan Respublikasının Milli ISBN Agentliyi kimi ISBN nömrələrin ölkə daxilində yayılmasına cavabdehlik daşıyan regional agentlikdir.
ISBN nömrə almaq üçün nə tələb olunur ?
Naşir ISBN nömrə(lər) almaq istəyini bildirən rəsmi məktubu poçt və ya faksla ISBN Agentliyinə göndərir. Həmçinin müştəri ISBN Xidmətləri səhifəsindən ISBN Sorğu Formasını yükləyərək tələb olunan məlumatları doldurduqdan sonra Xəzər Universiteti ISBN Agentliyinə e-poçt və ya faksla geri göndərə bilər. Doldurulmuş ISBN Sorğu Formasını qəbul edildikdən sonra müştəriyə müqavilə və xidmət haqqının ödənişi üçün hesab faktura göndərilir.
Xidmət haqqı ödəndikdən sonra 2 iş günü ərzində naşir üçün ayrılmış prefiksi əks etdirən ISBN nömrələr olan sənəd müştəriyə təqdim edilir.
Azərbaycanda ISBN necə qeydiyyatdan keçirilir?
ISBN alındıqdan və kitab dərc olunduqdan sonra onu qeydiyyatdan keçirmək lazımdır. Bunun üçün hər bir ISBN-li nəşrin üç nüsxəsi Xəzər Universiteti ISBN Agentliyinə göndərilərək “Milli Biblioqrafik Məlumat Bazası”nda qeydiyyata alınır. Xəzər Universitetinin Nəşriyyatı Azərbaycanda qeydiyyatdan keçmiş ISBN-lərin məlumat bazasının idarə edilməsi və nəzarətinə məsuliyyət daşıyır. ISBN-lə bağlı toplanmış məlumatlar müntəzəm olaraq Beynəlxalq ISBN Agentliyinə göndərilir.
ISBN haqqında verilən digər suallar (FAQ):
ISBN nədir?
Beynəlxalq Standart Kitab Nömrəsi (ISBN) nəşr olunan kitabları və kitaba bənzər məhsulları unikal şəkildə müəyyən edən 13 rəqəmli nömrədir.
ISBN-nin məqsədi nədir?
ISBN-nin məqsədi kitab satıcıları, kitabxanalar, universitetlər, topdansatıcılar və distributerlər tərəfindən məhsulların daha səmərəli marketinqinə imkan verən və bu nəşrə xas olan başlıq və ya nəşri müəyyən etməkdə yardımçı olmaqdır.
Niyə ISBN istifadə etməliyəm?
Əgər siz naşir və ya kitab satıcısısınızsa və kitab satmaq istədiyiniz üçün bu, sizin marağınızda ola bilər. Əgər kitablarınız ISBN nömrə ilə sifariş oluna və yayıla bilmirsə, onlar çap kitablar siyahısında yoxdursa, kitablarınızın satılmadığını görəcəksiniz. Buna səbəb isə insanların kitabınızın mövcudluğu haqqında məlumatlı olmadığını və ya əgər bilsə belə onlar ənənəvi qaydaların dövrün tələblərinə uyğun olmadığını hesab edəcəklər.
Azərbaycanda kitab ticarəti əsasən kompütersiz həyata keçirilir. ISBN-dən istifadə etmək üçün mütləq kompüterə ehtiyac yoxdur. 13 rəqəmli nömrə sizi və digər insanları biblioqrafik qeydlərdən azad edir. Həmçinin kitablarınızı ixrac etmək istədikdə, ISBN olmadan onların çap kitablar siyahısında yer almaq şansı olmayacaq.
Təəssüflər olsun ki, Azərbaycanda hələ də kitab sektorunda səmərəli infrastruktur yaradılmayıb. Odur ki, ISBN-nin tətbiqi bu infrastrukturun qurulması və digər ölkələrin təcrübəsindən yararlanmağın ideal vasitəsidir.
ISBN-nin formatı nədir?
Hər bir ISBN 13 rəqəmdən ibarət olur və çap edildikdə qarşısında ISBN abreviatur yazılır. 13 rəqəmli nömrə tire və ya boşluqla ayrılan 5 hissəyə bölünür (məs. ISBN 978-9952-39-447-4 və ya ISBN 978 9952 39 447 4)
ISBN-nin rəqəmləri nə məna daşıyır?
ISBN aşağıda təsvir edildiyi kimi beş hissəyə bölünür:
- Məhsul növü identifikatoru
- Naşirlərin milli və ya coğrafi qruplaşmasını müəyyən edən qrup və ya ölkə identifikatoru
- Qrup daxilində xüsusi naşiri müəyyən edən nəşriyyat identifikatoru
- Başlığı və ya nəşri müəyyən edən başlıq identifikatoru
- Yoxlama rəqəmi ISBN-ni təsdiqləyən ISBN-nin sonundakı tək rəqəm
ISBN nömrələr Beynəlxalq ISBN Agentliyi tərəfindən koordinasiya edilən dünya üzrə Milli ISBN Agentlikləri tərəfindən təyin edilir.
Kimlər ISBN nömrə ala bilər?
Milli ISBN Agentliyi nəşriyyatların, audio kaset və video istehsalçıların, proqram təminatı istehsalçılarının, muzeylərin və nəşriyyat proqramları assosiasiyaların, hətta müəlliflərin tələblərinə uyğun ISBN nömrələr təyin edir.
ISBN nömrə neçəyədir?
ISBN nömrənin alınması üçün edilən bütün müraciətlərin xidmət haqqı var. Xidmət haqqı barəsində məlumat ISBN Sorğu Formasında qeyd eilib.
ISBN nömrə almaq nə qədər vaxt aparır?
ISBN Sorğu Formasını təqdim edib, xidmət haqqı ödəndikdən sonra 2 iş günü ərzində ISBN nömrə təqdim edilir.
ISBN nömrə nəşrin harasında olmalıdır?
Hər bir başlıq və ya məhsula, o cümlədən hər hansı öncəki və ya gələcək nəşrlərə ISBN təyin edilməlidir. Hər bir formatın və ya cildin ayrıca ISBN-ni olmalıdır (məsələn, sərt üzlük, kağız cild, VHS video, lazer disk və s.). Yenidən işlənmiş nəşr üçün yeni ISBN tələb olunur. Təyin edildikdən sonra ISBN heç vaxt təkrar istifadə edilə bilməz. ISBN titul vərəqinin əks tərəfində (müəllif hüququ xəttinin altında) və üz qabığının arxa qapağının aşağı hissəsində çap olunur.
ISBN nömrəni necə və harada qeydiyyatdan keçirə bilərəm?
Məhsula ISBN təyin edildikdən sonra onlar ISBN Agentliyinin qeydlər bazası kimi Xəzər Universitetinə məlumat verilməlidir. Şirkətlər Xəzər Universiteti Nəşriyyatı tərəfindən nəşr olunacaq müxtəlif kataloqlarda pulsuz siyahıya sahib ola bilərlər.
Yeni başlıq yeni ISBN tələb edirmi?
Bəli, yeni başlıq üçün yeni ISBN lazımdır.
Kitab yenilənərək çapa buraxıldıqda yeni ISBN tələb olunurmu?
Mətn (əsaslı) dəyişməsi üçün yeni ISBN tələb olunur və əgər düzəlişlər edilibsə, baş səhifənin arxasında kitabın yenidən işlənmiş nəşr olduğu qeyd edilməlidir və yeni ISBN orada çap edilməlidir.
Kitabın mətnini dəyişmədən və ya cildləmədən yenidən çap etmək üçün yeni ISBN tələb olunurmu?
Xeyr. Orijinal nömrə saxlanmalıdır.
Marketinq məqsədləri üçün yeni ISBN almaq mümkündür?
Xeyr. Yeni ISBN-ni əsaslandıracaq mətn, format və ya cildləmədə heç bir dəyişiklik yoxdursa yeni ISBN nömrə təyin edilə bilməz.
Qiymət dəyişikliyi ilə kitabı yenidən çap etdikdə yeni ISBN tələb olunur?
Xeyr. Qiymət dəyişikliyi yeni ISBN tələb etmir.
Yeni başlıqlı kitab çap edəndə ISBN lazımdırmı?
Bəli, yeni başlıq yeni ISBN tələb edir.
Naşir prefiksi altındakı bütün nömrələri istifadə edibsə nə etməlidir?
Bu halda Agentliyə müraciət edərək yeni prefiks əldə edəcək və bu nömrələr əvəzedici deyil.
ISBN-li kitab çapdan çıxarıldıqda o nömrəni digər nəşrə təyin etmək olarmı?
Xeyr. ISBN nəşrin (başlığın) məcburiliyini hər zaman müəyyən edən identifikasiya nömrəsidir. Belə ki, çapı tükənmiş nəşrlər də bəzi mağazalarda hələ də mövcud olacaq və əlbəttə ki, kitabxanalarda və kataloqlarda qeydiyyatda qalacaq.
Bir neçə cilddə bir əsər çap etdirirəm. Bir ISBN kifayət edəcəkmi, yoxsa hər cildin öz ISBN-i olmalıdır?
Qaydalarda qeyd edildiyi kimi toplunun ISBN nömrəsi olmalıdır və dəstin hər cildinin öz ayrıca ISBN nömrəsi olmalıdır.
Başlıqlar seriyası dərc edildikdə ISBN yoxsa ISSN tələb olunur?
Fərdi elementlər ISBN alarkən seriya ISSN almalıdır.
* Ödəniş köçürmə və ya bankda ödəmək yolu ilə həyata keçiriləcək.
Xəzər Universiteti
Ünvan: AZ1096, Məhsəti küç. 41
Azərbaycan Respublikası, Bakı şəh.
Telefon: +99412 421-79-16, +99412 421-10-93, FAKS: +99412 498-93-79
E-mail: [email protected]
Hesab No AZ52 HAJC HCRA ZN01000079125001 VÖEN: 1300090601
“Xalq” Bankı “ASC Neftçilər” Filialı (AZN hesabilə)
Müxbir hesab: AZ24NABZ01350100000000067944
Kodu: 503756
S.W.I.F.T.Bik: HAJCAZ22
VÖEN: 2000296061