ISBN Xidmətləri

ISBN verilməsi prosesində müştərinin şəxsi məlumatları toplanır, sonra bu məlumatlar Nəşriyyatların Qlobal Reyestrinə (GRP) təqdim edilir.

ISBN alınması zamanı məlumatların toplanması

Xəzər Universiteti Milli ISBN Agentliyi Azərbaycanda nəşriyyatlara ISBN prefikslərinin verilməsinə cavabdehlik daşıyan regional agentlikdir. ISBN-lə bağlı ilk müraciət edildikdə hər bir nəşriyyat (şəxs və ya təşkilat) haqqında ümumi məlumatlar toplanır və sonrakı müraciətlər zamanı hər hansı dəyişiklik olduğu təqdirdə bu məlumatlar yenilənir.

Məlumatlar ümumi məlumatların qorunması qaydalarına tabedir

Toplanılan məlumatlar Ümumi Məlumatların Qorunması Qaydalarının (GDPR) müddəalarına uyğun olaraq əlaqələndirici şəxsin adı, e-poçt ünvanları, telefon nömrələri, faks nömrələri və s. fərdi məlumatları əks etdirir. Məlumatlara ÜMQQ tətbiq edilir və bu məlumatlar Birləşmiş Krallıqda yerləşən Beynəlxalq ISBN Agentliyi ilə mübadilə edilir.

Şəxsi məlumatlar nə üçün toplanır?

Şəxsi məlumatların toplanmasının iki əsas səbəbi var. Birincisi, qeydiyyatın aparılması və ISBN nömrələrin ayrılmasını təmin etmək üçün naşirlərin bu məlumatları təqdim etməyi məcburidir.

Məlumatların toplanmasının ikinci əsas səbəbi isə bu məlumatların ictimaiyyət üçün açıq olan Nəşriyyatların Qlobal Reyestrinə (GRP) daxil edilməsini təmin etmək üçün Beynəlxalq ISBN Agentliyinə təqdim edilməsidir. Nəşriyyatların Qlobal Reyestri Beynəlxalq ISBN Agentliyi tərəfindən idarə olunan, dünya üzrə nəşriyyatlara ISBN nömrələrin ayrılmasını idarə edən verilənlər bazasıdır – əlavə məlumat üçün https://www.isbn-international.org/content/global-register-publishers linkinə keçid edin.

Vurğulamaq istərdik ki, yuxarıda qeyd olunan səbəblərə görə müştərinin şəxsi məlumatları qeydlərimizdə saxlanır, lakin şəxsi məlumatların üçüncü tərəfə ötürülməsi ilə bağlı müştərinin razılığı olmadan bu məlumatlar üçüncü tərəfə ötürülə bilməz. Qeyd edək ki, müştəri ərizə forması təqdim etdikdən sonra [email protected] ünvanına yazaraq seçimini bildirə bilər.