Kitabxana

Xidmətə Dair Bəyanat

Bu sənəddə KİM-in istifadəçilərinə təklif etdiyi xidmətlər barəsində məlumat verilir. KİM-in təcrübəli əməkdaşları oxucuların hər cür sorğularını cavablandırmaq və təklif olunan xidmət üsulları barəsində ətraflı məlumat vermək öhdəliyi daşıyır. Sənəd digər əsas informasiya xidmətləri ilə birgə nəzərdən keçirilməlidir. Buraya Elektron resurslardan istifadə etmək qaydaları, Giriş siyasəti, Dövriyyə Siyasəti və s. daxildir.

KİM

Biz etməliyik

Sizdən gözlənilir

Mühitin öyrənilməsi

 

 

Giriş

Tələbələri /işçiləri oxucu bileti ilə təmin etmək

Qeydiyyat üçün Xəzər Universitetinin tələbələri /işçiləri üçün oxucu biletini təqdim etmək 

Mebel və avadanlıqlar 

Mebeli istismara yararlı vəziyyətdə saxlamaq
Bütün kompüterləri mütəmadi olaraq yoxlamaq
Avadanlıqlardakı hər hansı nasazlıq barədə istifadəçiləri xəbərdar etmək

Mebel və avadanlıqlara qayğı ilə yanaşmaq
İstifadə etdiyiniz avadanlıqlara görə məsuliyyət daşıdığınızı və onların təhlükəsizliyinə görə cavabdeh olduğunuzu bilməlisiniz

Sağlamlıq və Təhlükəsizlik

“Sağlamlıq və Təhlükəsizlik”haqqda mövcud qanunvericiliyə uyğun təhlükəsiz iş mühiti ilə təmin etmək
Təyin edilmiş vaxtda işçilərin təhlükəsizliyini təmin etmək
Yanğından mühafizə xidmətinə zəmanət verir
Oxu zallarının təmizliyinə və səliqəliliyinə zəmanət verir

 
Sağlamlığınız və təhlükəsizliyiniz üçün şəxsən məsuliyyət daşıyırsız, həmçinin başqalarının sağlamlığına təhlükə yaradan hərəkətlərdən çəkinməlisiniz
Kitabxanaya yemək və içmək gətirmək qəti qadağandır
Zalı zibilləmək qəti qadağandır
Zalı tərk edərkən kitab və jurnalları təhvil verin

Oxu zalları

Müxtəlif ixtisas qruplarına uyğun oxu zalları, müzakirə zalları və kompüter zalı ilə təmin edir

Müxtəlif oxu zallarından istifadə edin
Başqalarını narahat etmədən işləyin
Mobil telefonu kitabxanaya daxil olmazdan əvvəl səssiz rejimə keçirin

Rezervasiya

Oxuculara elektron kataloqun imkanlarından yararlanaraq, tədris kurslarına aid ədəbiyyatı rezerv etmək imkanı yaradır

Rezerv olunmuş ədəbiyyatı yalnız oxu zalında istifadə etmək

Sənəd təchizatı

Beynəlxalq kitabxanalararası mübadilə xidmətinə əsasən universitetdə olmayan nüsxələrin əldə olunmasını təmin etmək
Beynəlxalq kitabxanalararası mübadilədə İSBN istifadə etmək

Sorğuda sənədi dolğun və dəqiq biblioqrafik təsvir etmək 

Məlumat Mərkəzi

İstifadəçilərə qarşı nəzakətli davranaraq, mümkün qədər tez və effektiv yardım göstərmək

Kitabxana əməkdaşlarına qarşı hörmətlə yanaşmaq

Kitablar

Kitab və digər tədris materiallarının əldə edilməsini asanlaşdıran sistemi inkişaf etdirmək 

Kitab nüsxələrinin lazımi qədər olmaması səbəbindən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil 

Soraq materialları

Soraq materiallarından istifadəni təmin edir, buraya ensiklopediyalar, lüğətlər, atlaslar, tezariuslar, Ginnesin rekordlar kitabı və s. aiddir

Soraq materiallarını oxu zalından çıxarmaq olmaz

Jurnallar

Bir çox sahələrə aid jurnallardan istifadəni təmin etmək, həmçinin
jurnallara elektron girişi təmin etmək üçün yardım göstərmək

Jurnallar yalnız Dövri mətbuat zalında istifadə olunmalıdır

CD-ROMlar,
Audio-Video kolleksiya

CD-ROMlar, audio-video materiallar Dövri mətbuat zalında toplanmışdır

Abonement zalında yerləşən əlavə nüsxələrdən istifadə kitab verilişi qaydalarına üyğun həyata keçirilir

Elektron İnformasiya Xidməti

Şəbəkədə olan müxtəlif elektron mənbələrə girişi təmin etmək və istifadəyə nəzarət etmək

Təlim proqramlarında iştirak etmək, təlimat və bildirişlərdən yararlanmaq

OPAC
Onlayn Açıq Giriş Kataloqu

İstifadəçilərinə OPAC-da informasiya əldə etmək üçün yardım etmək:
-Mənbələri müəllif, sərlövhə, mövzu, indeks, seriya, açar söz, buleva operatorları AND, OR və BUT NOT istifadə etməklə axtarış aparmaq
-Mövcud resursları yoxlamaq
İstifadəçiləri OPAC-ın onlayn kömək funksiyası ilə təmin etmək
-İstifadəçilərə biblioqrafik təsvirin yaradılmasına, kitab başlıqlarının şəxsi səbətə yığılması və print olunmasına imkan yaratmaq;
Tədris planını dəstəkləyən biblioqrafik təsvirlər kitabxana əməkdaşları və müəllimlər tərəfindən tərtib edilir

OPAC-ın istifadəsinə dair bələdçidən yararlanmaq və təşkil olunmuş seminar və təqdimatlarda iştirak etmək

Xəzər Universiteti
Elektron Arxiv DSpace

Xəzər Universitetinin tədqiqat materiallarına girişi təmin edir
Xəzər Universitetinin e-arxivi olan Dspace həm daxili, həm də xarici mənbələrdən gələn materialları özündə əks etdirir ki, buraya daxildir:
  • Departamentlərin tədris materialları və şəxsi materiallar;
  •Müəllim və tədqiqatçıların məqalələri;
  •Tezis və dissertasiyalar;
  •Konfrans materialları (çap olunmamış).

Kitabxana əməkdaşlarının təşkil etdikləri seminar və sessiyalarda iştirak etmək

eLearning

Bir tədris ili üçün kurs materiallarına (PPT və PDF fayllar) pulsuz girişi təmin edir. Buraya tədris planı və prezentasiyalar, tapşırıqlar və əlavə kurs materialları aiddir.

Kitabxana əməkdaşlarının təşkil etdikləri seminar və sessiyalarda iştirak etmək.
 

Xüsusi Elektron Xidmətlər
(Kitab nəşrində ISBN)

Çap olunmuş kitabların milli biblioqrafik məlumat bazasının yaradılması
Fondun məlumat bazasının yaradılması
İSBN nəşrlərinin məlumat bazasının idarə edilməsi

Biblioqrafik axtarışlarda İSBN-dən istifadə etmək

Xüsusi kolleksiya

Dünya Bankının, Asiya İnkişaf Bankının, BMT-nin və s. xüsusi kolleksiyalarından istifadəni təmin etmək

Nadir kolleksiyadan olan materiallar oxu zallarında istifadə olunur

Tədqiqat Xidmətləri Isnad və Yazı / Üslub dərslikləri

Məqalə, kitab, veb-səhifə, audio və video yazıların ümumi məlumat təsvir olunmasını təmin etmək
İstifadə olunan mənbələrin ardıcıllığını göstərmək və sitat gətirərkən hansi informasiyanın daxil edilməsini göstərən üslub dərslikləri ilə təmin etmək

Kitabxana əməkdaşlarının təşkil etdikləri seminarlarda iştirak etmək

Əks əlaqə

Xidmətlərdə əks əlaqəni təmin etmək
Bu xidmət Komitələr, Tələbə Şurası, anket sorğuları və s. vasitələrlə həyata keçirilir

 Mümkün kanallardan istifadə edərək əks əlaqə xidmətindən yararlanmaq

Dövriyyə Xidmətləri

Circulation Services staff are available to help users with all procedures related to checking out and returning books. In addition, Circulation is responsible for shelving, locating missing books, and recalling books checked out to other users, among many other things.

You can use these links to access Circulation Policy and contact information for circulation services throughout the Khazar University LI

Xüsusi Xidmətlər

KİM aşağıdakı ISBN və ISMN xidmətlərini təmin edir: 

  • Naşirlərin tələblərinə müvafiq olaraq, Nəşrdə Kataloqlaşdırma (CIP) da daxil olmaqla, onları lazımi informasiya ilə təmin etmək;
  • Çap olunmuş kitabların (qeydiyyatdan keçmiş) milli biblioqrafik məlumat bazasını yaratmaq;
  • ISBN və ISMN nəşrlərinin məlumat bazalarını idarə etmək;
  • Nəşrlərin təyin olunmuş prefiks və başlıq saylarının hesabatını aparmaq.

 

Kitabxanalararası Mübadilə Xidməti

Tədris və ya tədqiqat məqsədi ilə lazım olan kitab və ya jurnallar kitabxanamızda olmadığı təqdirdə kitabxanalararası mübadilə proqramına əsasən əmkdaşlıq etdiyimiz digər kitabxanalardan müvəqqəti olaraq əldə edilir. KİM istifadəçiləri üçün kitabxanalararası mübadilə siyasətini qoruyaraq, hər zaman ondan yararlanmaq imkanı yaradır

Sorğu yerləşdirmək  

  • Bütün tələbə, müəllim və əməkdaşlar düzgün sorğu forması təqdim etməlidir.
  • Sənəd: əslindən surəti çıxarılmış, bura jurnal, qəzet, məqalə, xəritə və ya konfrans materialı aiddir
  • Müvəqqəti əldə etmək: müvəqqəti əldə edilmiş mənbələrə kitab, konfrans materialı, xəritə, CD, DVD, VHS aiddir
  • Kitabdan fəsil: kitab və ya antologiyadan fəsilin surəti
  • Tezis: tezis və ya dissertasiyanın müvəqqəti olaraq götürülməsi

 Qeyd: Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinə aid mənbə rəfdə tapılmadıqda, bu barədə qeyd bölməsində sorğu yerləşdirilir. Sorğu yerləşdirildikdən sonra nəzərdən keçirilərək, cavabı müraciət edənin e-poçtuna göndərilir.

Sorğunun ləğv edilməsi

Sorğu aşağıda göstərilən səbəblərdən biri üzrə ləğv edilə bilər: 

  • Bu mənbə Xəzər Universiteti KİM aid olduqda
  • Mənbəyə isnad tapılmadığı halda
  • Tələb olunan mənbə istifadə edildikdə və ya abonementdə olmadıqda
  • Mənbə heç bir kitabxanada tapılmadıqda
  • Mənbə yeni olduqda və kitabxana tərəfindən kataloqlaşdırılmadıqda və ya çap edilmədiyi təqdirdə. 

Əgər ləğv etmə sənədinə düzəliş etmək lazımdırsa, bunu müraciətinizdə qeyd edin. Ləğv etmə ilə bağlı digər suallar üzrə bizimlə əlaqə saxlayın.

Kitab sifarişi ilə bağlı sorğu