“2-ci milli ardıcıl tərcümə” müsabiqəsinin yarımfinalı mərhələsi üçün seçimlər başladı
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkil etdiyi “2-ci milli ardıcıl tərcümə” müsabiqəsinin yarımfinal mərhələsi üçün seçim turu öz işinə başlayıb. Dekabr ayının 12-də İngilis dili və ədəbiyyatı departamentinin müdiri fil.ü.f.d. Milana Abbasova, departamentin nəzdində fəaliyyət göstərən Tərcümə mərkəzinin koordinatoru və müəllimi fil.ü.f.d. Elvin Abbasbəyli, departamentin müəllimi Zamirə Qurbanova müsabiqənin seçim turu üçün Azərbaycan Universitetində olmuş və müraciət edən namizədləri dinləyib qiymətləndirmişlər.