“İqtisadçı” klubu maliyyə və mühasibatlıq ixtisası üzrə iş dünyası ilə əlaqələri genişləndirir

2023-cü il dekabrın 13-də Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentinin nəzdində fəaliyyət göstərən “İqtisadçı” tələbə inkişaf klubunda "Maliyyəçi və mühasib peşəsi: iş dünyası və universitet təhsilindəki son trendlər" mövzusunda elmi-praktik seminar təşkil olunmuşdur. Seminarda təcrübəli maliyyəçi, BERC Group təşkilatının maliyyə, vergi uçotu və mühasibatlıq üzrə mütəxəssisi Samir Ağayev mövzu üzrə geniş təqdimatla çıxış etmişdir. 60-a yaxın tələbənin iştirak etdiyi seminarda Samir Ağayev iş dünyası və universitet təhsilindəki uzunmüddətli təcrübəsi əsasında tələbələrin əmək bazarının standartlarına uyğun mütəxəssis kimi formalaşması üçün zəruri olan bilik və bacarıqlar, onların əldə edilməsi üsul və formaları, maliyyəyönümlü ixtisaslar üzrə əmək bazarındakı son durum, mövcud imkanlar, təhdidlər və perspektivlər barədə məlumat vermişdir.