İqtisadiyyat və menecment departamentinin koordinatoru turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin ilk toplantısında

Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentinin koordinatoru Dr. Bahadır Baysal 2023-cü il dekabrın 4-5-də İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin Bakıda keçirilən ilk toplantısında iştirak edib. Tədbirdə İƏT-ə üzv olan doqquz ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan) rəsmi şəxslər, turizm üzrə təhsil müəssisələri və BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edirdilər. Görüş 3 bölmədən ibarət idi: 1-hökumət, akademik sahə və sənayenin birliyi, turizm təhsilində ən yaxşı təcrübələr, 2-kurikulum hazırlanması: sabahın ehtiyacları üçün turizm təhsilinin artırılması və 3-innovasiya və texnologiya, turizm təhsilində yaranan tendensiyalar.