İqtisadiyyat və menecment departamentinin əməkdaşlarının elmi məqaləsi “Energies” jurnalında

Xəzər Universiteti İqtisadiyyat və menecment departamentinin əməkdaşları - Prof. Məhəmməd Nuriyev, Dr. Əziz Nuriyev və Dr. Ceyhun Məmmədovun həmmüəllifi olduqları “Neft hasil edən ölkələr üçün bərpa olunan enerjiyə keçid məsələsinin ssenariyə əsaslanan qeyri-səlis çox kriteriyalı qərar qəbuletmə modelləri əsasında həlli: Azərbaycan nümunəsi” adlı elmi məqalə nüfuzlu “Energies” jurnalında (Scopus CiteScore 5.5 və Web of Science Impact Factor 3.2) dərc olunmuşdur.