İstanbul Universitetində təhsil alan doktorantın seminarı
2023-cü il noyabrın 22-də Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin və Hüquq departamentinin təşkilatçılığı ilə Xəzər Universitetində keçirilən seminarda Səma Əsədovanın online şəkildə “Azərbaycan və Türkiyə yerli özünü idarəetmə orqanlarının quruluş və funksiyalarının təhlili və müqayisəsi” adlı məruzəsi dinlənilib. Seminarda universitetin və digər ali təhsil müəssisələrinin əməkdaşları və tələbələri iştirak ediblər.