İzmir Yüksək Texnologiya İnstitutunda Azərbaycan universitetlərinin iştirakı ilə təhsil turu keçirilib

Xəzər Universitetinin koordinatoru olduğu Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində 2023-cü il noyabrın 15-17-də İzmir Yüksək Texnologiya İnstitutunda birinci təhsil turu keçirilmişdir. Təhsil turunda Xəzər Universiteti ilə bərabər 7 tərəfdaş Azərbaycan universiteti (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti) iştirak edib. Xəzər Universiteti tədbirdə Kitabxana İnformasiya Mərkəzinin direktoru Tatyana Zaytseva, direktor müavini Aytac Misgərli və Komplektləşdirmə müdiri Cəmilə Quliyeva ilə təmsil olunub.