Amerika Birləşmiş Ştatlarının "Texas A&M" Universitetində təhsil alan doktorantın seminarı
2023-cü il noyabrın 10-da Xəzər Universitetində Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin və Neft mühəndisliyi departamentinin təşkilatçılığı ilə məruzəçi Turqut Əhmədovun online şəkildə “Improved Methods for Upscaling of Fluid Flow” (“Maye axınının modelinin miqyasının artırılması üçün tətbiq edilən innovativ metodlar”) adlı seminarı keçirilib. Seminarda "Neft mühəndisliyi" ixtisası üzrə bakalavr pilləsinin, "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə magistr pilləsinin tələbələri və universitetin əməkdaşları iştirak ediblər.