Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Azərbaycan dili” fənn kurikulumunun təkmilləşdirilməsi” mövzusunda elmi-praktik görüş
2023-cü il dekabrın 20-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Azərbaycan dili” fənn kurikulumunun təkmilləşdirilməsi” (2023) mövzusunda elmi-praktik görüş təşkil olunmuşdur. Görüşə Azərbaycan Milli Elmlər Akademiyasından, Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət Pedaqoji Universitetindən, Sumqayıt Dövlət Universitetindən, Xəzər Universitetindən, Dövlət İmtahan Mərkəzindən mütəxəssislər dəvət olunmuşdur.