“Bir ömür psixi sağlamlıq” simpoziumunda “Boşanma, yoxsa ailə psixoterapiyası” mövzusunda məruzə

2023-cü il dekabrın 7-10-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bir ömür psixi sağlamlıq” simpoziumunda Psixologiya departamentinin koordinatoru psixoloq Mələk Kərimova “Boşanma, yoxsa Ailə psixoterapiyası?” mövzusunda məruzəçi qismində çıxış etmişdir. O, öz çıxışında ailə ünsiyyətini artıran faktorları qeyd etməklə yanaşı, sivil boşanma və ölkəmizdə son illərdə tətbiqi başladılan mediasiya institutu haqqında fikirlərini ifadə etmişdir. İştirakçıların suallarını cavablandıran M.Kərimova elmi və praktiki biliklərini də onlarla bölüşmüş, cütlüklərin kriz zamanı ailə psixoloqlarına müraciətinin zəruri olduğunu qeyd etmiş, boşanmadan sonra tərəflərə göstəriləcək psixoloji xidmətin əhəmiyyətli olduğunu vurğulamışdır.