Əcnəbi tələbələr üçün “Təmiz Şəhər” sənaye sahələrinə məlumat turu

2023-cü il noyabrın 14-də əcnəbi tələbələrin ictimai fəallığını təmin etmək, eyni zamanda, onların ətraf mühitin mühafizəsi istiqamətində ölkə miqyasında həyata keçirilən tədbirlərlə yaxından tanış olması məqsədilə 20-dən çox tələbə üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Təmiz Şəhər” sənaye sahələrinə məlumat turu təşkil olunub. Turda Azərbaycanda təhsil alan 10-dan çox ali təhsil müəssisəsindən əcnəbi tələbələr iştirak ediblər. Onların arasında Xəzər Universitetində təhsil alan iki əcnəbi tələbəmiz - Aldila Qonita Putri Aulia və Abdou Elfatah Djoumoi Moiboi də olub.