Əcnəbi tələbələrin sosial və hüquqi maarifləndirliməsinə dair sessiya
2023-cü il dekabrın 7-də ICMPD-nin (Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz) Azərbaycandakı nümayəndəliyi ilə universitetin əməkdaşlığı çərçivəsində əcnəbi tələbələrin sosial və hüquqi maarifləndirilməsi məqsədilə İnteqrasiya proqramı haqqında məlumat sessiyası keçirilib. Sessiyada Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva, şöbənin koordinatoru Turan Əlizadə, qarşı tərəfdən isə ICMPD-nin eksperti Eşqin Tanrıverdi, layihələr üzrə məsul şəxs Lamiyə Rzayeva-Əhmədli, Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın Həyata Keçirilməsinə Dəstək Layihəsinin Milli inteqrasiya məsləhətçisi Gülnarə Pənahova iştirak ediblər.