Dünya Vahid Sağlamlıq Gününə həsr olunmuş tədbir
2023-cü il noyabrın 30-da Xəzər Universitetinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə Buzovnada yerləşən “Xəzər İnci” otelinin konfrans zalında “Dünya Vahid Sağlamlıq Günü”nə həsr olunmuş maarifləndirici seminar keçirilmişdir. Seminarda Həyat elmləri departamentinin professor-müəllim heyəti ilə yanaşı, departamentin tələbələri də fəal iştirak etmişdir.