2022-ci il aprelin 27-də dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2022-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək reytinq cədvəlini açıqlayıb. Reytinqin 4-cü nəşrinə 106 ölkədən 1406 universitet daxil edilmişdir.
Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərərək reytinq cədvəlində 601-800 aralığında qərarlaşıb.
Xəzər Universiteti Təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, təhsil sahəsindəki öz keyfiyyət göstəricisini bir daha təsdiqləyib. Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 1-i üzrə 401+ yerdə, 3-ü üzrə 601-800-cü yerdə, 7-i üzrə isə 401-600-cü yerdə qərarlaşmışdır.
Reytinqlə tanışlıq üçün bu linkdən istifadə etmək olar: