"Neolit dövründə Anadoludakı yaşayış məskənləri örnəklərinin incələnməsi" mövsusunda seminar

2023-cü il oktyabrın 27-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə "Neolit dövründə Anadoludakı yaşayış məskənləri örnəklərinin incələnməsi" mövzusunda elmi seminar keçirilmişdir. Məruzəçi - Haliç Universitetinin (Türkiyə, İstanbul) Memarlıq fakültəsinin əməkdaşı, arxeoloji ərazilərdə idarəetmə planları və YUNESKO meyarları mövzusunda tədqiqat aparan Burcu Funda Ayberkin Anadoludakı Neolit dövrü yaşayış yerlərinin memarlıq xüsusiyyətlərinə dair geniş məlumat vermişdir.