“Norm sement” şirkətinin təlimlər sessiyası
2023-cü il noyabrın 27-də Karyera Mərkəzinin təşkilatçılığı ilə “Norm sement” şirkəti tərəfindən “Faydalı başlanğıc üçün məsləhətlər (yumşaq bacarıqlar)” (“Tips for Advantageous Start (Soft Skills)” adlı təlim keçirilib. Təlimin məqsədi barədə şirkətin Təminat və kapital xərclər üzrə direktoru Serdar Çamdal məlumat verərək, təlimə başlayıb. Sonra o, tələbələrə “yumşaq bacarıq”ların nə olduğunu, onları qazanmağın yollarını izah edib. Təlimin sonunda tələbələrə müvafiq ədəbiyyat tövsiyə olunub.